Azərbaycanın Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, arxiv şəkli

Rusiya Xarici İşlər nazirinin müavini Polad Bülbüloğlu ilə görüşüb

16
(Yenilənib 23:14 08.09.2020)
Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla regional təhlükəsizlik məsələləri müzakirə edilib.

16
Hadisə yerində

İran nüvə alimini öldürənləri müəyyənləşdirdiklərini bəyan etdi

5
(Yenilənib 17:24 30.11.2020)
Bu elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var.

BAKI, 30 noyabr — Sputnik. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Əli Şamhani rəsmi Tehranın nüvə üzrə alim Möhsün Fəxrizadənin ölümünü kimin təşkil etdiyini müəyyənləşdirdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir.

"Bu, elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var. Eyni zamanda bunu kimin planlaşdırdığını bilirik, onun keçmişi bəllidir", - deyə Şamhani qeyd edib.

Onun sözlərinə görə, bu hadisədə İsrail və "Mossad", həmçinin İranda qadağan olunan "İran Xalqının Mücahidləri Təşkilatı" da rol oynayıb.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış ediblər.

5
Teqlər:
qətl, nüvə, fizik, alim, İran
 Koronavirus testi, arxiv şəkli

COVID-19 taym-aut götürüb: Azərbaycanda günün statistikası

16
Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44882 nəfərdir. Ötən müddət ərzində 1728577 test aparılıb. Bugünkü test sayı isə 10342-dir.

16
Teqlər:
ölənlər, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər