Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Türkiyəyə gözlənilməz dəstək: "Narahatıq, vasitəçiliyə hazırıq"

© AFP 2023 / VLADIMIR SIMICEKМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BMT tərəfindən qəbul olunan qərarların həyata keçirilməsi, Kiprin yunan tərəfi ilə türk tərəfi arasında danışıqların yenidən başlamasının və tamamlanmasının tərəfdarıyıq".

BAKI, 8 sentyabr — Sputnik. Aralıq dənizindəki vəziyyət bizi narahat edir. Türkiyə Cümhuriyyəti ilə münasibətlər baxımından dialoqun başladılmasına yardım etməyə hazırıq. Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Kipr Prezidenti Nikos Anastasiadis ilə görüşü zamanı bildirib.

"Mümkün dialoq praqmatik olmalı və qarşılıqlı mənfəətlər ilə həll yolunun tapılmasına əsaslanmalıdır. Ədalətli və beynəlxalq hüquqa uyğun bir həll yolu tapılmalıdır", - deyə Lavrov qeyd edib.

Rusiya Xarici İşlər naziri eyni zamanda qeyd edib ki, ölkəsi Birləşmiş Ştatların tərəfləri biri-birinə qarşı qoymasından narahatdır: "Birləşmiş Ştatların Aralıq dənizinin şərqində baş verən gərginlik fonunda ölkələri bir-birinə qarşı qoyması və "bizimlə olmayan, bizə qarşıdır" siyasətini yürütməsi Moskvanı narahat edir".

Kipr problemi barədə danışan Lavrov qeyd edib ki, Kiprlə bağlı danışıqlar yenidən başlanılmalı və tamamlanmalıdır: "BMT tərəfindən qəbul olunan qərarların həyata keçirilməsi, Kiprin yunan tərəfi ilə türk tərəfi arasında danışıqların yenidən başlamasının və tamamlanmasının tərəfdarıyıq".

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstana anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr-Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

Xəbər lenti
0