Balta, arxiv şəkli

Gədəbəydə polisə balta ilə hücum edildi

14
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

BAKI, 8 sentyabr — Sputnik. 09 iyun 2020-ci il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində xidməti vəzifələrini icra edən Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarına kənd sakinləri tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Gədəbəy Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla Zəhmətkənd Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyevin yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə, arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökməsi və əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsində həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

14
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

6
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

6
Ankarada  epdimioloji vəziyyət

Maska taxmayan "koronavirus xəstəsi" az qala döyüləcəkdi

8
(Yenilənib 15:06 26.09.2020)
Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial sınaq olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə Nevşehir bələdiyyəsi maska taxmağa diqqəti çəkmək üçün maraqlı sosial eksperiment keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, eksperiment az qala faciə ilə nəticələnəcəkmiş. Belə ki, korona olduğunu deyərək, satıcılardan aptek ünvanı soruşan maskasız kişi az az qala satıcılar tərəfindən döyüləcəkmiş.

Bələdiyyənin maska taxmağın təbliğ edilməsinə istiqamətlənmiş sosial sınağında Ridvan Göğüs adlı aktyor maska taxmadan satıcılara yaxınlaşır, onlara virusa yolxuduğunu və aptek axtardğını bildirir.

Şəxsə satıcılar müxtəlif reaksiya göstərir. Bir nəfər isə əlinə dəyənək alaraq onu döyməyə cəhd edir.

Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial eksperiment olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

8