Məmur portfeli, arxiv şəkli

Bu qurumda qəbul dayandırıldı

7
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.

BAKI, 8 sentyabr — Sputnik. Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi  (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər. Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

7
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

6
(Yenilənib 23:34 24.01.2021)
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

6
Teqlər:
kosmik stansiya, kosmik, orbit, "SpaceX", İlon Mask

Cavad Zərif Azərbaycana gəlib

8
(Yenilənib 23:00 24.01.2021)
İranlı diplomatın Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib. 

Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:

“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”. 

İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.

Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.

İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

8
Teqlər:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Zərif, Qarabağ, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran