Yolda təmir işləri, arxiv şəkli

Sürücülərin nəzərinə - bu yolda hərəkət məhdudlaşdırılır

8
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

BAKI, 8 sentyabr — Sputnik. 8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yollatrı Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

8

Növbəti erməni təxribatını əngəlləmək üçün Kamran Əliyev rusiyalı həmkarına müraciət etdi

22
(Yenilənib 21:50 29.09.2020)
Ara Abramyan Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanat yayıb

BAKI, 29 sentyabr - Sputnik. Bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında qeyd olunub.

Bildirilir ki, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun “Vzqlyad” qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.

Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirib ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Müraciətdə, həmçinin göstərilib ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 “b” bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirib.

22
Teqlər:
Kamran Əliyev, erməni təxribatı, Erməni diasporu, Rusiya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı
Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

Bakı sükuta qərq oldu: komendant saatı qüvvəyə minib - FOTO

38
(Yenilənib 21:39 29.09.2020)
Bakıda və bir sıra digər şəhər və rayonlarda saat 21:00-dan 06:00-dək komendant saatı qüvvədədir. Paytaxtın boş küçələri və gecə patrulları Sputnik Azərbaycan-ın fotolentində

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan 06:00-dək komendant saatı qüvvədə olacaq.

Sputnik Azərbaycan-ın fotomüxbiri Bakının boş küçələrini gəzib və xüsusi rejimə necə əməl olunduğu görüntüyə alıb.

38
  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

  • © Sputnik / Murad Orujov

    Bakı komendant saatı

Teqlər:
hərbi vəziyyət, saat, komendant, Bakı, fotolent