Türkiyə bayrağı, arxiv şəkli

Bu VİDEO-da Azərbaycanla Türkiyənin qardaşlığına dair hər şey var

370
(Yenilənib 10:54 07.09.2020)
Hazırlanan sənədli filmdə Tovuz hadisələri, Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi və siyasi münasibətlər, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasətindən bəhs olunur

 

Eldar Tanrıveridyev, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Türkiyənin Prezident Administrasiyası (PA) tərəfindən Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan "Bir Millət, İki Dövlət" adlı sənədli film hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyә PA-nın Kommunikasiya İdarәsinin rәhbәri Fahrettin Altun öz "Twitter" hesabında məlumat paylaşıb.

Hazırlanan sənədli filmdə Tovuz hadisələri, Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi və siyasi münasibətlər, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti, o cümlədən Ermənistanın Tovuz istiqamətində gerçəkləşdirdiyi hücumdan bəhs edilir.

370
Əlaqədar
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına təlim keçəcəklər
Politoloq: “Avropa Birliyi Türkiyəyə qarşı çıxan dövlətlərə dəstək verir”
Azərbaycan Prezidenti: "Bütün məsələlərdə Türkiyənin yanında olacağıq"
İlham Əliyev: "Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur"

Ordumuz Ermənistana məxsus daha 3 PUA məhv etdi

4
Ermənistana məxsus PUA-dan ikisi cəbhənin Füzuli istiqamətində, biri isə Tərtər istiqamətində vurulub.

BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Gülmayə Orucova

Xocalıda kişilərlə birlikdə vuruşan qadın: 5 gün meşədə nəvələrimə qar yedirib saxladıq

31
Qəhraman ana yaşadığı bütün dəhşətlərə rəğmən ayaqda durmağı bacarıb: "Torpaqlarımız azad olunan gündən sanki yenidən doğulmuş kimi hiss edirəm".

BAKI, 21 oktyabr — Sputnik. Gülmayə Orucova - Xocalı faciəsinin canlı şahidi... Əsl Azərbaycan qadınına xas xarakterə malik qadın bütün israrlara rəğmən sonuncu günə qədər Xocalıda qalıb. Oğlu və həyat yoldaşı kimi o da sonuncu günə qədər səngərdə keşik çəkib. Sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirən qadın Xocalıdan, başına gələn faciələrdən Sputnik Azərbaycan-a danışıb.

"1968-ci ildən Xocalıda yaşamışıq. Xoşbəxt, firavan yaşayırdıq. 2 qızım, 2 oğlum var idi. 1988-ci ildən başladılar, silah səsi eşitməyə adət eləmişdik. Ta ki 1992-ci ilin 25 fevralınadək".

Gülmayə xanımın oğlu Cavan Orucovun həmin vaxt 15 yaşı olub. Yaşının az olmasına baxmayaraq, böyüklərlə birlikdə çiyin-çiyinə vuruşub:

"Bizimkilərə "BTR" verilmişdi. Həmin gün onun da yanacağı yox idi. Demək olar ki, silahsız idik. 1992-ci ildə dövlətimiz paramparça idi. Torpaqlarımızın işğalının əsas səbəbi bu idi. Oğlum Cavan Orucovun 15 yaşı var idi. Hər gecə sərhəddə keşik çəkirdi. Bəzən mən də qaçırdım sərhədə. Çünki həmin dövrdə mülki əhali sərhəddə qoruq çəkirdi. Necə ki, indi əsgərlərimiz edir. Amma o dövrdə mülki əhali sərhəddə dayanmışdı ki, ermənilər hücum edəndə qarşısını ala bilsinlər. Oğlum idmançı idi. Yaşı az olsa da, o qədər güclü idi ki, boy-buxununa baxanda heç 15 yaş verməzdin. 25-i səhər yoldaşım dedi ki, bu uşaq torpaq payıdır, Allah Cavanı məndən tez alacaq".

© Sputnik / Shahperi Abbasova
Elşad Qurbanov və Cavan Orucov

Həmsöhbətimizin sözlərinə görə, 1988-ci ilə qədər hər gün güllə səsləri eşidən Xocalı sakinləri həmin gün gecəyə qədər sükut içində yaşayıblar. Amma bu sükut gecə saat 23-ə qədər davam edib: "25-i axşama qədər sakitlik idi. Dedim "nə əcəb atmırlar bu gün?" Yoldaşım dedi "nədi, gərək elə hər gecə atalar?" Saat 23-də atmağa başladılar. Xocalının 4 bir yanından güllə səsləri gəlirdi. Artıq Xocalı mühasirəyə alınmışdı. Bizdən yuxarıda məshəti türkləri yaşayırdı. Oradan qıra-qıra gəldilər. Ondan sonra bizə keçdilər. Oğlum Cavan da həmin vaxt sərhəddə idi. Qaça-qaça gəldi ki, ermənilər bizimkiləri qıra-qıra gəlir. Əvvəllər kimdə silah var idi o döyüşürdü, biz isə girirdik zirzəmiyə. Atışma bitən kimi qayıdırdıq evimizə. Elə bilirdik yenə elə olacaq. Oğlum dedi "bu dəfə adi atışma deyil, ermənilər hücum edib. Məshəti türkləri yaşayan yer artıq alınıb, xeyli adam şəhid olub. Güllələr başımıza dolu kimi yağırdı. Güllə yağışının altında qaynımgilə qaçdıq. Yoldaşıma dedim "gəl qaçaq". Dedi "hara qaçıram, mən ölsəm də evimdə qalacam".

Gün keçdikcə Xocalıda vəziyyət pisləşirdi. Xocalıdan olan qadınlar, uşaqlar Ağdama getsə də, Gülmayə xanım və qızları oranı tərk etməmək barədə israrlı idilər: "Xocalı işğal olunmazdan əvvəl yoldaşım deyirdi "uşaqları götür get Bakıya". Qardaşlarım orada yaşayırdılar. Deyirdim "yox, erməni kimdir ki, mən ondan qorxam?" Kəndin bəzi qız-gəlini atışma olan kimi qaçırdı Ağdama. Mən isə qızlarımla birlikdə sonuncu günə qədər qaldıq".

"Atışma başladı, gördük ki, qalmaq mümkün deyil. 2 yaşlı əkiz nəvələrimi, qızımı da götürüb qaçdım qaynımın zirzəmisinə. Uşaqları ora qoyub evə qaçdım ki, bir-iki isti paltar götürüm. Evə girdim təkcə adyal götürdüm, çəkmə götürmək istəyəndə dedim "əşi qayıdacağıq da, uzağa getmirik ki". Əsir düşəndə məni və nəvələrimi o adyal qorudu" – deyə əlavə edib.

Atışmanın gərginləşdiyini hiss edən Gülmayə xanım və onun ailəsi qaynıgilin zirzəmisində özlərini qorumağa çalışırlar. Amma atışmanın şiddətləndiyini görüb meşəyə qaçmağa qərar verirlər:

"Qarqar çayından keçib qaçdıq meşəyə. 2 gün meşədə qaldıq, çıxmaq istəyəndə dedilər çıxmayın ermənilər mühasirəyə alıb. Ondan sonra 3 gün də qaldıq. 5 gün ərzində əkiz nəvələrimə qar yedirib saxladıq. 5-ci gün Ağdamın Abdalgülablı kəndinə gəlmək istəyəndə dedilər çıxmayın sizi öldürərlər. Uşaqların səsini eşidib bizi mühasirəyə aldılar. Uşaqları öldürmək istəyəndə anası qoymadı".

Meşədə mühasirədə qalan Gülmayə xanımın ailəsı və bir çox xocalı sakinləri erməni canilərinin hücumuna məruz qalıblar: "Yoldaşım, oğlum, kürəkənim də bizimlə idi. Yoldaşımda ov tüfəngi var idi. Dedim sən də at. O da dedi ki, "mən atsam onlar da atarlar". Əmr verdilər ki, silahı yerə qoysun. Mən, yoldaşım, 2 qızım, 2 nəvəm, kürəkənim və Cavan qaldıq. Digərləri müxtəlif istiqamətlərə qaçdı. Bizi tutdular, yoldaşım Cavana dedi "sən qaç". O, özünü qayadan atdı".

Elə bütün dəhşətlər də bundan sonra başlayır: "Oğlum 5 gün ərzində qocaları çiynində daşımaqdan yorulmuşdu, dərədə yatdığı yerdə onu tutub aparmışdılar Əsgərana. Oğlumun başını kəsmişdilər. Bizi əsir götürüb apardılar donuz tövləsinə saldılar. Tövlədə 50-dən artıq qadın, uşaq var idi. Bu gün onların heç birindən səs-soraq yoxdur. Çoxunun ayaqları donmuşdu meşədəcə. Yığıb bir-bir gətirirdilər. Ayağı donan insanları necə təpikləyirdisə, sədəflərdən qan tökülürdü. Qız-gəlini əsgər çəkməsiylə döyürdülər. Tövləyə gəldiyimiz gecə qızlarımı və nəvələrimi erməninin evinə apardılar. Bir erməni Bakıda 10 il idi ki, həbsdə idi. Onunla dəyişəcəklərini dedilər".

Söhbətimizi Aybəniz xanımla davam etdiririk: "Bizi apardılar erməninin evinə. Orada bizi təhqir edirdilər. 2 yaşlı oğlanlarımı öldürmək istəyirdilər. Deyirdilər "bu uşaqlar 20-30 il sonra bizim qisasımızı alacaqlar". Mən dedim ki, bizi buraxın mən sizə pul verərəm nə qədər istəsəniz. Məni buraxdılar, bacımı və uşaqlarımı saxladılar. Dedilər bacını buraxsaq çıxıb gedəcək, amma sən uşaqlarına görə qayıdacaqsan. Məni gözübağlı gətirdilər, Xocalıda açdılar dedilər "Xocalıya son dəfə bax". Baxdım ki, hər tərəf meyitlərlə doludur. Yenidən gözümü bağlayıb gətirdilər Ağdama. Allahverdi Bağırovla danışanda məni qucaqlayıb ağladı. Dedi "biz nə qeyrətsiz millətik, bizim qadınlarımız əsirlikdədirlər".

Ermənilər Gülmayə xanımın ailəsi ilə birlikdə bir neçə insanı maşına mindirib Ağdama göndərəcəklərini deyiblər. Amma bu dəfə də onlar öz xislətlərinə sadiq qalırlar: "3 gün tövlədə qaldıqdan sonra bizi üstüörtülü maşına mindirib apardılar. Dedik yəqin bizi aparırlar öldürməyə. Əsgərana keçəndə kişiləri düşürdülər. Maşında 3-4 qadın qaldıq. Allahverdi Bağırovun köməkliyi ilə bizi əsirlikdən azad etdilər. Bizi apardılar Ağdama. Yoldaşımı, kürəkənimi və bir neçə başqa kişini aparıblar həbsxanaya. Aparıb orada döyüblər. Mən yoldaşımın, qudam isə kürəkənimin adını yazdırdı. Hələ oğlumun başının kəsilməsindən xəbərsiz idim. Fikirləşdim ki, o bir yol tapıb qaçıb gələcək".

Müharibənin günahsız qurbanı olan qadın ümid edib ki, qızlarını və nəvələrini qaytarıblar: "Sonradan öyrəndim ki, qızlarımı dəyişməyiblər, aparıblar Xankəndinə. Bizi dəyişdikdən 5 saat sonra ərim və kürəkənimi xərəkdə gətirdilər. Həbsxanada o qədər döymüşdülər ki, al qanın içində idilər. Onlardan başqa da kişilər var idi, onları döyüb öldürüblər. Həmin vaxt bizə kömək üçün Ağdama Azərbaycanın 4 bir yanından insanlar gəlmişdi. Əmimin oğlu məni gördü, mənə yalandan dedi ki, "hə, atam qızları və uşaqları aparıb".

Az keçmir ki, qəhrəmanımız əmisi oğlunun sözünün yalan olduğunu öyrənir:

"Eltim də neçə gün meşədə qalıb gəlmişdi, o məndən tez çatmışdı. Dedi "səni aldadırlar, nə qızların, nə də nəvələrin qayıtmayıb". Bir ananın 3 balası, 2 nəvəsi yoxdur, necə ola bilər? Həmin an özümə ölüm arzuladım. Yoldaşım gəldi, gördüm gözünü tutub, dedim "gözünü çıxarıblar?" Dedi yox "yanağımı partladıblar". Soruşdu ki, "qızlar gəlib?" Dedim "hə gəlib". Dedi "məni aldadırsan". Ağladım, dedim "hə, gəlməyiblər, bizi aldadıblar". Çox dəhşətli an idi. Yoldaşım dedi "Cavanı qızlarıma qurban deyirəm, qızlar salamat gəlsin". Elə bil Allah onun səsini "eşitdi". "Ağdamda kimin vəziyyəti ağır idisə, onu Bakıya aparırdılar. Mənim də ayaqlarım donmuşdu, meşədə kol-kos üz-gözümü cırmışdı. Məni Bakıya aparmaq istəyəndə həkimlərə yalvardım ki, aparmasınlar. İnad elədim, dedim "getmirəm, mənim 5 balam yoxdur". Yoldaşımı, kürəkənimi və bir neçə adamı Bakıya apardılar. 10 gündən sonra getdim Bakıya, yoldaşıma baş çəkməyə".

17 gündən sonra Gülmayə xanıma qızının artıq Ağdamda olduğu deyilir: "Novruz bayramı günü eşitdik ki, Aybənizi - əkiz uşaqların anasını Ağdama gətiriblər dəyişməyə. Təşviş içində idim ki, "bəs Leyla, nəvələrim, Cavan hanı?" Sonradan bildik ki, bir erməninin oğluna Bakıda 10 il iş vermişdilər. Onunla dəyişmək üçün qızlarımı və nəvələrimi sağ saxlayıblar. Hətta erməni əsgərləri qızlarımı döymək istəyəndə qadın qoymayıb. O da öz oğluna görə idi təbii ki. Bizimkiləri öldürsəydilər, həbsdə olanı verməyəcəkdilər.

Qəhraman ana yaşadığı bütün dəhşətlərə rəğmən ayaqda durmağı bacarıb: "Hər dəfə müsahibə verəndən sonra 1 həftə xəstə yatıram, o hissləri yenidən yaşamış kimi oluram. Bu gün torpaqlarımız işğaldan azad edilməyə başlandığı üçün o qədər xoşbəxtəm ki, elə bilirəm oğlum sağdı. Elə bil təzə anadan olmuşam. Şuşa qalasında qurban kəsəcəm".

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə