CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda xilasedicilər intihar etmək istəyən şəxsi fikrindən daşındırıb

CC0 / Alexas_Fotos / suicideintihar damdan tullanma
intihar damdan tullanma - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

BAKI, 6 sentyabr — Sputnik. Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti
0