Xalq artisti Brilliant Dadaşova, arxiv şəkli

Xalq artisti evini satışa çıxarıb

38
(Yenilənib 16:10 04.09.2020)
Sənətçi aylardır satışa çıxardığı evinə hələ də müştəri tapa bilməyibSənətçi aylardır satışa çıxardığı evinə hələ də müştəri tapa bilməyib

BAKI, 4 sentyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşova artıq bir neçə aydır ki, bağ evini satışa çıxardığını deyib. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb müğənninin yeni bir villa tikdirməsi olub.

Sənətçi aylardır satışa çıxardığı evinə hələ də müştəri tapa bilməyib. Dadaşova sözügedən bağına 370 min manat qiymət qoyub.

Qeyd edək ki, B.Dadaşova hələ 2016-cı ildən bağını satışa çıxardığını demişdi. Həmin vaxt sənətçi bağa 200 min dollar qiymət qoymuşdu. O bildirib ki, Buzovna qəsəbəsində yerləşən evi atası Süleyman Dadaşov tikdirib.

38
Elza Seyidcahan, arxiv şəkli

Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib

1
"Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim"

 

BAKI, 19 sentyabr — Sputnik. Əməkdar artist Elza Seyidcahan anasının aldadılaraq əlindən alınan torpaq sahəsindən söz açıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu sözləri Space TV kanalında yayımlanan "Hər səhər" proqramında deyib. O bildirib ki, hələ də dələduz cəzasını çəkməyib:

"İş hələ də məhkəmədədir. Hər dəfə dələduz vaxt götürür. Hələ də cəzasını almayıb. Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim".

1
Xəstə adam

Bu il böyrək çatışmazlığından əziyyət çəkənlərə böyrək köçürülməyib - SƏBƏB

1
“Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda bu il dializ xəstələrinə böyrək köçürülməyib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri namizədi,  Səhiyyə Nazirliyinin Baş Nefroloqu Fariz Babayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində pandemiyaya görə dünyanın hər yerində transplantasiya əməliyyatı aparılmayıb: “Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb. Onların arasında ölkəmizdəki dövlət tibb müəssisələrində böyrəyi köçürülənlər də var, özəl xəstəxanalarda böyrək köçürülən xəstələr də. Amma ölkədən kənarda da böyrək transplantasiyası əməliyyatı etdirənlər var. Onlar pulsuz dərmanla təmin olunur”.

1