Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Boris Kluyevlə vida mərasimi, arxiv şəkli

Xalq artisti ilə vida mərasimi davam edir

47
Bir neçə saat davam edəcək vida mərasimindən sonra mərhum Xalq artistinin cənazəsi Troyekurov qəbiristanlığında dəfn olunacaq

BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 1-də vəfat edən Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Boris Kluyevlə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva şəhərində yerləşən Malıy Teatrının binasında keçirilən vida mərasimində sənət adamlarından başqa yüzlərlə sadə insan iştirak edir.

Vida mərasimi başlamazdan əvvəl, Malıy Teatrın qarşısında növbəyə dayanan insanlar, sevimli aktyorlarını son mənzilə yola salmağa gəliblər. Doğma teatrının səhnəsində son dəfə tamaşaçıları ilə vidalaşan mərhum aktyorun, tabutu gül-çiçəklərə qərq olunub.

Bir neçə saat davam edəcək vida mərasimindən sonra mərhum Xalq artistinin cənazəsi Troyekurov qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, 76 yaşlı Boris Kluyev 2018-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, sənət fəaliyyətinə ötən əsrin 60-cı illərindən başlayan, 100-dən artıq filmdə rol alan aktyor, uzun illər Malıy Teatrında da uzun illər fəaliyyət göstərib.

47
Davud Hüseynov

COVID-ə yoluxan şəkilinin qısa macərası - FOTO

3
(Yenilənib 18:30 27.11.2020)
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

BAKI, 27 noyabr — Sputnik. Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına istinadla xəbər verir ki, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

© AR Ministry of Internal Affairs
Davud Hüseynov

Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun "Niva" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

3
Gənc qadın, arxiv şəkli

Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqlənib

2
(Yenilənib 18:16 27.11.2020)
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək

BAKI, 27 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamla "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək;

Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

2
Teqlər:
Milli Fəaliyyət Planı, mübarizə, məişət zorakılığı, Azərbaycan