Pulemyot patronu, arxiv şəkli

İtaliya mediası Anna Akopyanı ifşa etdi

88
(Yenilənib 14:43 04.09.2020)
Cəmi il yarımdan sonra Anna Akopyanın özünün "sülhpərvər qadınları" ilə birlikdə otuz ildən artıqdır ki, Ermənistanın hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi barədə xəbərlər yayılır.

BAKI, 4 sentyabr — Sputnik. İtaliyanın "Eurasianews" xəbər portalında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın bu dəfə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qismində həyata keçirdiyi təxribatlarla bağlı "Hakobyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır" başlıqlı yazı dərc olunub. Bu barədə Sputnik Azərbaycan "eurasianews.it" nəşrinə istinadən xəbər verir.

"Son iyul hadisələrindən sonra hazırda Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində və hər iki ölkənin qoşunları arasında təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmamasına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatedici məqamlar mövcuddur.

Son aylar mətbuatda öz əri ilə birlikdə iqtisadi-maliyyə maxinasiyaları ilə məşhur olan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 2018-ci ildə regionda sülhün müdafiəçisi kimi özünü təqdim edir və azərbaycanlı qadınları da "Sülh uğrunda qadınlar" kampaniyasına qoşulmağa dəvət edirdi. Lakin cəmi il yarımdan sonra həmin Anna Akopyanın özünün "sülhpərvər qadınları" ilə birlikdə otuz ildən artıqdır ki, Ermənistanın hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi barədə xəbərlər yayılır. O, sülhə çağırışlarını unudaraq və təlim yerlərinin yaxınlığında mülki azərbaycanlıların yaşadıqları kəndlərin mövcudluğuna məhəl qoymayaraq, qadınları həmçinin silahlardan istifadə etməklə Dağlıq Qarabağı müdafiə etməyə dəvət edir. Təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

İyul hadisələri, eləcə də Ermənistan qadınlarının belə hərəkətləri Ermənistanın müdafiə nazirinin sözlərini bir daha təsdiq edir, hansı ki o, iyul hadisələri və Ermənistanın Azərbaycana hücum etməsi səbəbindən Tovuz rayonunda zorakılığın artmasından əvvəl bildirmişdi ki, "Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır".

88

Ermənistanın son günlər ərzində Azərbaycana verdiyi zərərlər açıqlandı

15
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

BAKI, 1 oktyabr — Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər şəxs isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

15
Teqlər:
dağıntılar, ölənlər və yaralılar, zərər, dinc əhali, cəbhə bölgəsi, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənilər yenidən Tərtər şəhərini artilleriya atəşinə tuturlar
Baş Prokurorluq: Tərtər avtovağzalı bombalanıb, bir nəfər ölüb
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Ermənistan Horadiz şəhərini atəşə tutub, dinc sakin həlak olub
Ağdam fasiləsiz atəş altında: Hadisə yerindən yeni kadrlar – video

Politoloq: “Minsk qrupu Ermənistanı işğalçılıq niyyətindən çəkindirməlidirlər”

9
(Yenilənib 09:58 01.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, Ermənistan indi itirdiyi möveqləri qaytarmağa çalışır, amma bu mövqelərin olduğu ərazilər Azərbaycan-a məxsusdur
İlqar Vəlizadə: “Bizim üçün nəticə torpaqların ermənilərdən azad edilməsidir”

“Beynəlxalq təşkilatlar, xüsusən də Minsk qrupu tərəfləri təkcə atəşkəsi bərpa etməməyə çağırmaqla kifayətlənməli deyil. Onlar eyni zamanda Ermənistanı işğalçılıq niyyətindən çəkindirməlidirlər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, Ermənistan indi itirdiyi möveqləri qaytarmağa çalışır, amma bu mövqelərin olduğu ərazilər Azərbaycan-a məxsusdur: “Azərbaycan da sülhün tərfdarıdır. Ancaq sülh danışıqlarında yeni hərbi-siyası reallıqlar nəzərə alınmalıdır. Danışıqlar prosesi konkret mövzular ətrafında davam etdirilməlidir və nəticə verməlidir. Bizim üçün nəticə işğal edilmiş torpaqların ermənilərdən azad edilməsidir”.

Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9