Pulqabında manatlar, arxiv şəkli

Gələn il inflyasiyanın necə olacağı açıqlanıb

10
Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1%-ə bərabər olacağı proqnozlaşdırılır

BAKI, 4 sentyabr — Sputnik. Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1%-ə bərabər olacağı proqnozlaşdırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Sənəddə qeyd edilib ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3%, sonrakı üç ildə də 2,7-2,8% ətrafında olacağı proqnozlaşdırılıb.

2020-ci ildə əsas ticarət tərəfdaşlarında valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, 2020-ci ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub.

10
Avtomobil tıxacı, arxiv şəkli

Bakıda bir neçə istiqamətdə sıxlıq var: birinə qəza səbəb olub - FOTO

0
Mais Ağayevin sözlərinə görə, küçə və prospektlərdə sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir

BAKI, 27 noyabr — Sputnik. Paytaxtın bir neçə küçə və prospektlərində sıxlıq müşahidə olunur.  Sputnik Azərbaycan bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.

Sıxlıq müşahidə olunan ərazilər:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətində;
Tbilisi prospekti – şəhər istiqamətində və 20 yanvar dairəsi istiqamətində;
Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində;
Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü;
Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq;
Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində;
Neftçilər prospekti –Azneft dairəsi istiqamətində sıxlıq;
Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol.

Həmçinin, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunub.

3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var.

0
Teqlər:
sıxlıq, qəza, tıxac, Bakı
Bakıda avtobus, arxiv şəkli

BNA daşıyıcılara mesaj göndərdi

3
(Yenilənib 18:36 27.11.2020)
"Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeydlik olarsa, o zaman buna qarşı təcili tədbirlər görülür".

BAKI, 27 noyabr — Sputnik. Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədilə əks-epidemik tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, hər gün 30 istehsalat bazasında axşam xətdən qayıdan avtobuslar müvafiq qaydada yuyulur, təmizlənir və xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur:

"Mütəmadi olaraq işlərə nəzarət məqsədilə əməkdaşlarımız gecə saatlarında istehsalat bazalarında olurlar. BNA əməkdaşları hər gün avtobusların dezinfeksiya edilməsi prosesinə nəzarət edirlər. Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeydlik olarsa, o zaman buna qarşı təcili tədbirlər görülür".

3
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, dezinfeksiya, mesaj, xəbərdarlıq, sərnişindaşıma, BNA
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar