Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası rəhbərliyinə Ermənistanı ifşa edən məktub göndərildi

18
Təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir.

Eldar Tanrıverdyev, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.

Bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Məktubda Ermənistanın işğalı altında olan yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısını məqsədli şəkildə süni bəndlərlə kəsməsi, eləcə də Sərsəng su anbarından aşağı Qarabağ istiqamətində qanunsuz kanalların inşa edilməsi məsələləri öz əksini tapıb.

Vurğulanıb ki, təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulur. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə - təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradır və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurur.

Məktubda Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il "Çıraqovlar və digərləri Ermənistana qarşı" məhkəmə işinin yekun qərarına və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il tarixli, 2085 saylı "Cəbhə bölgələrindəki azərbaycanlı əhali sudan məqsədli şəkildə məhrum edilir" başlıqlı qətnaməsinə istinad edilərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozması ifşa edilib.

Son olaraq məktubda, AŞPA baş verənləri yaxından izləməyə, eləcə də Ermənistanın bütün bölgəni humanitar və ekoloji fəlakətə aparan bu məkrli davranışlarına dərhal son qoyması üçün təxirəsalınmaz addımlar atmağa çağırılıb.

18
Azərbaycanın Xalq artisti Emin Ağalarov, arxiv şəkli

Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"

5
(Yenilənib 13:30 23.09.2020)
Emin Ağalarov Rusiya kanallarının birinə müsahibəsində deyib: Mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan-ın Xalq artisti Emin Ağalarov Rusiya kanallarının birində Ermənistanın Qarabağı işğal etməsindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni aparıcının "Uzun zaman davam edən və bu yay daha da kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsinin həll yollarını nədə görürsünüz? Sizin biznesinizə bu məsələ necə təsir edib? Bu cür geosiyası məsələlər, ümumiyyətlə digər ölkələrdə biznesə təsir etməyə bilərmi?" suallarına Xalq artistinin cavabı belə olub:

Посмотреть эту публикацию в Instagram

Публикация от az.maqazin (@maqazinaze)

"Bu sual mənim üçün çox çətindir, çünki mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm. Bu, münaqişənin ağlabatan hesab etdiyim yeganə həll yolu bizim Azərbaycan torpaqlarımızın Dağlıq Qarabağ ərazisindəki erməni işğalından azad olunmasıdır. Bu hal baş versə, hesab edirəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin bizim gündəlik həyatımıza təsirinə gəldikə isə, əlbəttə ki, bəli, təsir edir, çünki iki ölkə prinsipcə münaqişədədir. Ona görə də, digər millətlə hər hansı bir əlaqə bir çox mübahisələrə və söz-söhbətə səbəb olur. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür".

5
Əlaqədar
Emin boşanması haqda: “Məni artıq evləndiriblər” - VİDEO
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko gizli olaraq and içir

3
(Yenilənib 13:27 23.09.2020)
Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

BAKI, 23 sentyabr — Sputnik. Aleksandr Lukaşenko Belarus prezidentinin səlahiyyətlərinin icrasına başlayıb. Sputnik Belarus xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutur.

Qeyd olunur ki, mərasimdə yüzlərlə insan – məmurlar, parlamentarilər, KİV rəhbərləri, mədəniyyət və idman nümayəndələri, digər rəsmilər iştirak edir.

Belə ki, Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

3