Məmur

Mədəniyyət Nazirliyində daha bir təyinat

69
(Yenilənib 16:59 02.09.2020)
Anar Kərimovun müvafiq əmri ilə Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

BAKI, 2 sentyabr — Sputnik. Ölkəmizdə mədəniyyət siyasətinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, mədəniyyət sahəsinin idarə edilməsində insan resursları ilə iş mexanizminin müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması məqsədilə Mədəniyyət Nazirliyində həyata keçirilən kadr islahatları davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Zemfira Hüseynbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Birləşmiş Krallığın Kingston London Universitetinin "Beynəlxalq biznesin idarə edilməsi" ixtisası üzrə magistr (fərqlənmə) dərəcələrini alıb. Londonun "CİPD" institutunun "İnsan resurslarının idarə edilməsi" ixtisası üzrə beşinci dərəcəli diplomunu, Corc Vaşinqton Universitetinin "Layihələrin idarə edilməsi" proqramı üzrə magistr sertifikatını əldə edib. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif seminar və konfrasların iştirakçısı və təşkilatıçısı olub. BMT-nin strukturlarında təcrübə proqramı keçib.

Əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb. 2014-2018-ci illər ərzində "BP" neft şirkətinin subkontraktoru olan "Titan D" şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Azneft İB-də "İnsan resurslarının transformasiyası" layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir.

Qeyd edək ki, bundan öncə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi Yusif Səfərova həvalə olunmuşdu.

69
Директор Кавказского центра политического анализа Ахмед Алили

Politoloq: “Moskva Bakı çalışır ki, region silah anbarına çevrilməsin”

0
(Yenilənib 08:23 24.09.2020)
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili deyir ki, təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub
Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb edir”

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanı bir çox məqamlar birləşdirir:

“Regional təhlükəsizlik məsələləri hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub. Bu baxımdan son səfər baş verənləri aydınlaşdırmaq üçn çox vacibdir. Moskva və Bakı çalışır ki, region silah anbarına çevrilməsin”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Pulemyot atəşi, arxiv şəkli

Cəbhədə gərgin gecə: atəşkəs 69 dəfə pozuldu

4
(Yenilənib 09:35 24.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub

BAKI, 24 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Cəbhədəki son vəziyyətlə bağlı rəsmi açıqlama
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Ərdoğan İlham Əliyevə başsağlığı verdi, dəstəyini bildirdi
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək