Alanya, arxiv şəkli

Rusiyalı turist Türkiyədə gördüklərindən şoka düşüb

253
(Yenilənib 17:18 02.09.2020)
Koronavirus pandemiyası zamanı Türkiyəyə istirahətə yollanan rusiyalı bloger otellərin ağzınacan dolu olduğunu yazıb

BAKI, 2 sentyabr — Sputnik. Koronavirus pandemiyası zamanı Türkiyəyə istirahətə yollanan rusiyalı otellərdə insanların sayından şoka düşüb. O, "zen.yandex.ru" platformasında "Mama na more" adlı bloqunda şəkilləri paylaşıb.

Qadının sözlərinə görə, məzuniyyət üçün seçdiyi beşulduzlu oteldə çoxlu turist var. "Səhv etmirəmsə, otellərin 70 faizdən çox doldurulmasına icazə verilmir. Amma əslində nə görürəm ... otelin ərazisində adamları yarıb keçmək olmur", - deyə o bildirib. Bloger qaldığı oteldəki basabası əks etdirən fotoları da yayımlayıb.

Kadrlardan görünür ki, hovuzlarda çox sayda qonaq çimir, onların yanında isə uzun növbə var. Turistin sözlərinə görə, insanların çoxu yalnız mehmanxananın on hövuzunda deyil, həm də yaxınlıqdakı çimərlikdədir və bütün şezlonqlar həmişə dolu olur.

Bununla belə, material müəllifi hesab edir ki, otel ona verilən pula layiqdir, çünki sentyabr ayında istirahət üçün böyük endirimlər təklif edib.

Daha əvvəl, həmin bloger Türkiyədə otellərin xidmətlərin bir hissəsini yerinə yetirmədən turistlərdən necə pul qazandığını yazmışdı. Səyyahın sözlərinə görə, bir çox mehmanxana qonaqlara 50 faizdən yuxarı sərfəli endirimlər təklif edir, lakin eyni zamanda qənaət etmək üçün müxtəlif yollar fikirləşir. Məsələn, onun otelində zallar bağlıdır, hamamlara isə "döyüşdən keçərək" düşmək mümkündür.

Blogerin yazdıqlarını şərh edən digər rus turistlər isə qeyd ediblər ki, "Rusiyadan qaçıb istirahət üçün Türkiyəni seçirlər, lakin orada da ruslarla qarşılaşırlar". Bəziləri Türkiyədə qiymətlərin aşağı, xidmətlərin isə Krım və Soçidən yüksək olduğunu vurğulayıblar. Yunanıstanın turizm sahəsində Türkiyədən irəlidə olduğunu yazanlar da olub. Lakin onlar Türkiyədə qiymətlərin Yunanıstandan 2-3 dəfə aşağı olduğunu qeyd ediblər.

253

MN: "Ermənistan ordusu ərzaq qıtlığı dərman ləvazimatları çatışmazlığı ilə üzləşib"

11
Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir", - nazirlik sözçüsü vurğulayıb.

BAKI, 28 sentyabr — Sputnik. "Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.

Yaralılar və meyitlərin təxliyyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir", - nazirlik sözçüsü vurğulayıb.

11
Erməni əsgərlərinin dəbilqələri

Ermənistan öldürülmüş əsgərlərinin daha bir SİYAHISINI açıqladı 28 yeni ad

91
(Yenilənib 15:22 28.09.2020)
Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

BAKI, 28 sentyabr — Sputnik. Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdə Ermənistan tərəfi xeyli itki verib.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın əlavə 28 əsgəri həlak olub. Hazırda Ermənistan hərbçiləri arasında qurbanların sayı 59 nəfərdir.

Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

Həlak olanlar arasında 2000-2002-ci il təvəllüdlü əsgərlər çoxluq təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

91