İşıq dirəyi, arxiv şəkli

Daha bir Bakı kəndinin sakinlərinə şad xəbər

16
Beləliklə, 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

BAKI, 2 sentyabr — Sputnik. Abşeron rayonu Məhəmmədi kəndində 1700 abonentin kompakt məskunlaşdığı ərazidə əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 2 ədəd 1600 kVA güc transformatoru quraşdırılacaq yeni paylayıcı qurğunun tikintisinə başlanıb. Bu barədə "Azeriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Qeyd edilib ki, bundan başqa 10 kV “Məhəmmədi-1”,  10 kV “Məhəmmədi -4” və “Məhəmmədi -5” hava xəttində zədəli dayaqlar yenisi ilə əvəzlənib. Xətlər daha keyfiyyətli müasir kabellərlə əvəz olunub. Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb.

Beləliklə, 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bundan başqa, qəzaların sayı azalacaq, itkilərin həcmi minimuma enəcək. İşlər plana uyğun olaraq Bağlar EŞ ərazisində ardıcıl şəkildə davam etdiriləcək.

 

16
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması

SOCAR-dan Aİ-92 benzini ilə bağlı açıqlama

0
(Yenilənib 13:02 19.09.2020)
"Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir."

 

BAKI, 19 sentyabr — Sputnik. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var. Bunu Sputnik Azərbaycan-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi: "Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir. Bu, həmçinin bizim üçün bu il bu növ yanacağın idxalına zərurət yaratmayacaq".

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekbarında ixrac edib: "2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, bz benzini ixrac etmirik, çünki büün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə böyümüş daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır".

0
 Göygöldə yol

İlin ən romantik fəslinin daxil olacağı tarix açıqlandı

2
(Yenilənib 12:44 19.09.2020)
Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq

BAKI, 19 sentyabr — Sputnik. Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Sputnik Azərbaycan-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

2