Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Belarus Prezidenti Moskvaya səfər edəcək

63
(Yenilənib 18:33 02.09.2020)
"Bu bizim Birlik Dövləti də daxil olmaqla, bərbər hüquqlu, qarşılıqlı səmərəli əlaqələrin inkişafında maraqlı olduğumuzu göstərir", - deyə nazir qeyd edib.

BAKI, 2 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukşenko ilə Moskvada görüşəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, hər iki prezidentin görüşü yaxın həftələrdə baş tutacaq.

"Bu bizim Birlik Dövləti də daxil olmaqla, bərbər hüquqlu, qarşılıqlı səmərəli əlaqələrin inkişafında maraqlı olduğumuzu göstərir", - deyə nazir qeyd edib.

O, həmçinin Rusiya Baş naziri Mixail Mişustinin də Minskə səfər edəcəyini bildirib.

63
Yol təmir işləri, arxiv şəkli

Sürücülərin nəzərinə - Bu istiqamətdə alternativ yollara baş vurun

1
Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

BAKI, 26 sentyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur: "Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

1
Talış dağları, arxiv şəkli

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

4
(Yenilənib 13:00 26.09.2020)
Sentyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

BAKI, 26 sentyabr — Sputnik. Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-ya verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.

4