Bakı məktəblərin birində, arxiv şəkli

Nazir fərdi təhsil üzrə nümunəvi tədris planlarını təsdiqləyib

133
(Yenilənib 14:44 02.09.2020)
Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

BAKI, 2 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev 2020-2021-ci tədris ili üçün fərdi təhsil üzrə nümunəvi tədris planlarının təsdiqi barədə əmr imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, əmrdə bildirilir ki, bu tədris planı Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"a uyğun olaraq, uzun müddət təhsildən kənar qalmış şəxslərin təhsilinin təşkilini tənzimləyir.

Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəlimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı 1 saat (45 dəqiqə) tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

133
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

0
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

0
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev
Koronavirus testi, arxiv şəkli

Xaricə gedənlərlə bağlı müəmma: hələ baş vaksinasiyaya qarışıb

5
(Yenilənib 13:05 16.01.2021)
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın” - Şahmar Mövsümov

BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə  baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.

5
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya