ABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı

ABŞ hipersəs qanadlı raketi sınaqdan keçirib

12
Hal-hazırda ABŞ-da bir neçə hipersəs raketi yaradılır. Pentaqon bu sahədə Rusiya və Çindən geridə qaldığını etiraf edir.

BAKI, 2 sentyabr — Sputnik. ABŞ Müdafiə Departamentinin Perspektivli Tədqiqat Layihələri İdarəsi (DARPA) "Hypersonic Air-Breathing Weapon Concept" (HAWC) konsepsiyasına əsaslanan hipersəs qanadlı raketin iki prototipinin sınaq mərhələlərindən birinin uğurla başa çatdığını bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı DARPA yayıb.

"Bu gün DARPA və ABŞ Hərbi Hava Qüvvələri hipersəs hava-reaktiv silah konsepsiyasının (HAWC) iki variantının sınaqlarının uğurla başa çatdığını bəyan edib. Sınaqlar zamanı prototiplər daşıyıcı təyyarənin gövdəsinə bərkidilib və (onun yaradıcıları – red.) təqvim ili ərzində sərbəst uçuş şəraitində ilk sınaqlara başlamağa hazırdırlar", – idarənin bəyanatında bildirilir.

HAWC kimi tanınan proqram çərçivəsində hipersəs raket yaradılır.

Hal-hazırda ABŞ-da bir neçə hipersəs raketi yaradılır. Pentaqon bu sahədə Rusiya və Çindən geridə qaldığını etiraf edir.

12
Meyvə və tərəvəz satışı, arxiv şəkli

"Bazarlara nəzarət artırılmalıdır" - Baş infeksionist

0
(Yenilənib 18:21 22.09.2020)
"Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. "Koronavirusla yaşamağa öyrəşməliyik" fikrini regionlarımızdakı əhali özünəməxsus surətdə başa düşüb. Virusdan qorunmaq üçün qoyulan qadağalara əməl etmək əvəzinə, çoxları onu vecinə almamağa çalışır, tibbi maska taxmır, sosial məsafəni gözləmir.

Bir neçə gün əvvəl Şəkidə baş verən hadisə də bunu təsdiqlədi. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edildi. Bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın dezinfeksiya edilməsi məqsədi ilə o, sentyabrın 18-dən üç gün müddətində karantinə bağlandı. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldü və "Şəki Bazar" ASC fəaliyyətini yenidən bərpa etdi. Bildirilir ki, orada virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

Sputnik Azərbaycan regionlarda alış-veriş mərkəzlərində koronavirus təhlükəsini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəki şəhərində bazarda virusa yoluxma halının qeydə alınması çox ciddi siqnaldır:

“Koronavirus pandemiyasına görə karantin rejimi bütün ölkəni əhatə edir. Ona görə də bölgələr də daxil olmaqla karantin qaydalarına hər yerdə əməl olunmalıdır. Hansısa zona sərt karantin rejimindən çıxıbsa, bu o demək deyil ki, həmin yerdə tibbi maska taxılmamalıdır. Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir. Şəki bazarında baş verən hadisə də göstərdi ki, orada virus yayan insanlar olub. 12 nəfərin bu virusa yoluxması faktı bazarda tibbi maska ilə bağlı tələbə də əməl olunmadığını göstərir”.

C.İsayev bildirir ki, regionlarda yoluxma hallarının qeydə alınması tibbi maska ilə bağlı tələbə nəzarətin zəif olmasından qaynaqlanmır: “Bu bir məsuliyyətdir. Çox təəssüf ki, insanlar bölgələrdə bu qaydalara əməl etmirlər. Nəzarət olduğunu görən kimi tibbi maska taxır, nəzarət olmadığını görən kimi çıxardırlar. Belə hallar paytaxtda da var. İnsanlar bəşəriyyətin bir bəla ilə üz-üzə olduğunu dərk etməli, özlərini və ətrafdakıları koronavirusdan qorumaq üçün tibbi maskadan istifadə etməlidirlər. Bu artıq bizim bir həyat tərzimizə çevrilməlidir”.

Baş infeksionist bölgələrdə bazarlara nəzarətin artırılmalı olduğunu da söyləyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildiriblər ki, bazarlarla bağlı xüsusi tələblər olmasa da, ictimai-iaşə obyektlərinin pandemiya dövründə fəaliyyəti ilə bağlı hazırlanan metodiki göstərişlər bazarlara da aiddir.

0
Teqlər:
Şəki, Cəlal İsayev, infeksionist, Koronavirus, epidemiya, COVID-19, bazar
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Ərdoğan və Merkel

Merkeldən Ərdoğana dəstək, dünyanın düzənini dəyişmək istəyirlər

1
(Yenilənib 18:21 22.09.2020)
Qlobal problemlər milli sərhədlərdən asılı olmayaraq razılaşma və əməkdaşlıq tələb edir. Çox vaxt Təhlükəsizlik Şurası vacib qərarlar verilməli olduqda bloklanır

BAKI, 22 sentyabr — Sputnik. Almaniya Kansleri Angela Merkel BMT-də islahatların aparılmasının vacibliyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Almaniya Kansleri təşkilatın 75 illiyi ilə bağlı BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib.

Merkel qeyd edib ki, Berlin BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi prosesinin təşəbbüskarı rolunu öz üzərinə götürə bilər.

"Qlobal problemlər milli sərhədlərdən asılı olmayaraq razılaşma və əməkdaşlıq tələb edir. Çox vaxt Təhlükəsizlik Şurası vacib qərarlar verilməli olduqda bloklanır", - deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə BMT Təhlükəsizlik Şurasının müasir standartlara cavab vermədiyini və qurumda islahatların aparılmasının vacibliyini vurğulayıb.

1
Teqlər:
dünya, Merkel, Rəcəb Tayyip Ərdoğan, Təhlükəsizlik Şurası, BMT
Əlaqədar
Lavrov dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən gileylənib
Ərdoğan dəhşətli faktları açıqladı: Müsəlmanların taleyi beşlikdən asılı ola bilməz
Prezident siyasi partiyalarla dialoq barədə: Bu, bizim siyasi sistemimizi gücləndirəcək
İlham Əliyev: BMT-ni Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı