Məktəbəhazırlıq qrupu

Məktəbəhazırlıq qruplarında şagird sayı müəyyənləşdi

10
(Yenilənib 12:04 02.09.2020)
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir

BAKI, 2 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə əmr imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, əmrdə bildirilir ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Əmrdə deyilir ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynə məlumat verilir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

10
Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstanda yeni antirekord yoluxma qeydə alındı

6
(Yenilənib 11:45 26.09.2020)
Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

BAKI, 26 sentyabr — Sputnik. Ötən gün ərzində Gürcüstanda 296 yeni koronavirus yoluxması qeydə alınıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu pandemiya başlayan gündən ən yüksək göstəricidir.

Bundan əvvəlki antirekord isə 265 yoluxma faktı idi. Xatırladaq ki, ölkədə bu günə qədər 4960 fakt qeydə alınıb. Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

Hazırda 5584 nəfər karantindədir. 41 Gürcüstan vətəndaşı müalicə üçün başqa ölkələrə gedib.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma halı fevarlın 26-sı qeydə alınıb.

6
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

XİN: Ermənistan rəhbərliyin vicdanında Tovuzda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var

1
Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir

BAKI, 26 sentyabr - Sputnik. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ermənistan XİN-in Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına dair açıqlamasını şərh edən L.Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir: "İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.

Əgər Ermənistanın bundan öncəki prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.

Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.

Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaq".

1