RF prezidenti Vladimir Putin

Vladimir Putinin çıxışı BMT-də göstəriləcək

19
BMT Baş Assambleyasının sessiyasında Türkiyə, Çin, Çili, Kuba, İran və digər ölkələrin liderlərinin çıxışını göstərəcəklər.

BAKI, 2 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin video bəyanatı sentyabrın 22-si BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində göstəriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Baş Assambleyanın iclası 21-29 sentyabr tarixlərində keçiriləcək.

BMT Baş Assambleyasında ilk olaraq Braziliya prezidenti Jair Bolsonaru, daha sonra isə ABŞ Prezidenti Donald Tramp çıxış edəcək. Rusiya Prezidenti isə iclasda yeddinci çıxış edəcək.

Bundan əlavə, BMT Baş Assambleyasının sessiyasında Türkiyə, Çin, Çili, Kuba, İran və digər ölkələrin liderlərinin çıxışını göstərəcəklər.

19
Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə

Azərbaycan parlamentinin spikeri Moskvaya gedib

12
(Yenilənib 17:01 21.09.2020)
Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir. Onu hava limanında səfir Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.

Sputnik Azərbaycan Milli Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Moskva şəhərinin "Domodedovo" hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.

Sahibə Qafarovanın Rusiyaya səfəri zamanı

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir. Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.

12
Əlaqədar
Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Sahibə Qafarova Sergey Lavrovla görüşəcək

Şəhidimiz torpağa tapşırıldı - FOTO

31
(Yenilənib 16:55 21.09.2020)
Şəhid çavuşa doğulduğu Tovuz rayon Qazıqulu kəndində vida mərasimi keçirilib və o, kənd qəbiristanlığında torpağa tapşırılıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi

Sputnik Azərbaycan bildirir ki, şəhid çavuşa doğulduğu Tovuz rayon Qazıqulu kəndində vida mərasimi keçirilib. O, doğulduğu kənddə dəfn olunub.

Mərasimdə minlərlə insan iştirak edib. İştirakçılar arasında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, döyüş yoldaşları olub.

Qeyd edək ki, Elşən Məmmədov ailəli idi və özündən sonra 3 oğul övladı qalıb.

Tovuz istiqamətində gərginlik

İyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar. 
Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.
Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər  İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.
İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.
Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

31
Teqlər:
erməni təxribatı, təxribat, Ermənistan, dəfn, Ağdam kəndi, Tovuz, Azərbaycan ordusu, çavuş, şəhid
Əlaqədar
Azərbaycan Ordusunun çavuşu şəhid olub
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Ordumuzun əsgəri yaralanıb
Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"