II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

İmtahan nəticələrindən narazı olanların nəzərinə

5
(Yenilənib 11:24 02.09.2020)
Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu sentyabrın 3-dək davam etdiriləcək.

BAKI, 2 sentyabr — Sputnik. 14 və 21 avqust 2020-ci ildə keçirilmiş qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu aparılır.  Sputnik Azərbaycan-ın məlumatına görə, apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu sentyabrın 3-dək davam edəcək.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq. Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.

5
Xalq artisti Brilliant Dadaşova, arxiv şəkli

Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı

3
(Yenilənib 16:57 21.09.2020)
İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik, kimin ətini yeyirik" kimi rəylər yazıblar. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini deyib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşovanın "İnstagram"da "show news" səhifəsində yazdığı şərh tənqid edilib. Sputnik Azərbaycan xəbər verir ki, səhifədə yerləşdirilən "Haberglobal TV"nin Azərbaycan-Ermənistan gərginliyi barədə hazırladığı süjetə müğənni şərh yazıb.

Dadaşovanın "Onsuz da bir-birinin ətini yeyən cəmiyyətə çevrilirik. İndi burada qoşub-düzülmüş dedi-qodu yazsaydız, bəh-bəhlə təhqir etmək üçün şərhlər ard-arda düzülərdi. Təhqir, alçaltma propaqandası, gəl, görəsən. Allah özü yaxşıları qorusun. Yaxşı insanların gözəl əməlləri sayəsində Azərbaycan bu sınaqdan da çıxar", - sözləri tənqidlə qarşılanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Show News (@show_news)

İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik, kimin ətini yeyirik" kimi rəylər yazıblar. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini deyib.

Tənqidlərə bir-bir reaksiya verən müğənni bunları yazıb:

"Sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm və tək mən yox! Əmim Məlik Dadaşovdan tutmuş, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyin Ərəblinski və bütöv ziyalı ailəmiz - hərəmiz öz sahəmizdə Azərbaycanımıza xidmət etmişik. Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya Azərbaycan xalqını sevirsən? Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?! Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir, bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl, yaxşı niyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır.

Hər şeydən xəbərdarsan, amma oğlum "Fairmont" oteldə olmadığı halda, onu guya orada olubmuş kimi qələmə verənlərdənsən. Yazıq, Allah sənin kimiləri xoşbəxt etsin ki, pislik etməyə vaxtın və həvəsin olmasın.

Baxın görün, ilk yazdığım şərh dərhal öz təsdiqini tapdı. Bizə qarşı sadəcə silahlı hücum deyil, həm də "güclü" təşkil edilmiş informasiya müharibəsi aparılır! Və biz bu dəqiqə o hücumlara cavab vermək məcburiyyətində qalmış azərbaycanlılarıq".

3
Teqlər:
sosial şəbəkə, Brilliant Dadaşova, xalq artisti
Əlaqədar
Xalq artisti Billiant Dadaşova müflişləşdi
Yenə öz xislətlərini göstərdilər - Ermənilər bu mahnımıza da "hücum" etdilər
Xalq artisti evini satışa çıxarıb
Məleykə Əsədova: "Lotereya oynadım, pulumu toplayıb Bakıda ev aldım
İllər əvvəl medianın gündəmindən düşməyən qalmaqalla bağlı ilginc fakt ortaya çıxıb
Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə

Azərbaycan parlamentinin spikeri Moskvaya gedib

13
(Yenilənib 17:01 21.09.2020)
Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir. Onu hava limanında səfir Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.

Sputnik Azərbaycan Milli Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Moskva şəhərinin "Domodedovo" hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.

Sahibə Qafarovanın Rusiyaya səfəri zamanı

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir. Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.

13
Əlaqədar
Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Sahibə Qafarova Sergey Lavrovla görüşəcək