Müzəffər ovdanı

Bakıda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alındı

22
(Yenilənib 19:31 31.08.2020)
Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən "Müzəffər" ovdanının ətrafı bir müddət öncə qanunsuz olaraq zəbt edilib

BAKI, 31 avqust — Sputnik. Suraxanı rayonunda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması istiqamətində işlər aparılır:

"Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən "Müzəffər" ovdanının ətrafı bir müddət öncə qanunsuz olaraq zəbt edilib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra abidənin ərazisinin zəbt edilməsinin qarşısı alınıb. Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz hasarlar sökülüb. Hazırda abidənin ətrafında təmizlik işləri görülür".

Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid "Müzəffər" ovdanı iki quyudan ibarətdir.

22
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

5
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

5
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qoçəhmədli kəndində məscid

Ümid edirəm, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər - FOTO

8
(Yenilənib 18:20 30.11.2020)
Anar Kərimov: "Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

BAKI, 30 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib.

O, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

8
Teqlər:
erməni vandalizmi, məscid, Füzuli, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə