Sənəddə imza, arxiv şəkli

Sənəd qəbulunun vaxtı uzadıldı

10
(Yenilənib 16:53 31.08.2020)
Sözügedən şəxslər 2 sentyabr tarixinədək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

BAKI, 31 avqust — Sputnik. Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən şəxslər 2 sentyabr tarixinədək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Sənəd qəbulu Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilib.

Uğurlu nəticə göstərən şəxslər arasında xüsusi karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisəsinin yerləşdiyi şəhərə/rayona daxil olmaq icazəsi olmayanlar, qəbul olduqları müəssisə ilə əlaqə saxlayaraq sənədlərini müvəqqəti olaraq təhsil müəssisəsinə elektron formada təqdim edə və ya yerləşdikləri əraziyə yaxın yerləşən digər peşə təhsil müəssisəsinə təqdim edə bilərlər. Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər.

10
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

6
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

6
Çapar dərgisi Rəsulzadənin nəvəsinə təqdim edildi

Rəsulzadə haqqında indiyədək məlum olmayan sənədlər ilk dəfə təqdim edildi

17
(Yenilənib 00:02 22.09.2020)
Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub

BAKI, 22 sentyabr — Sputnik. "Çapar" tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, dərgidə Azərbaycanın tanınmış alimlərinin - Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin yazıları dərc edilib.

Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub.

Xüsusi buraxılışda Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də yer alıb.

Dərginin xüsusi buraxılışının və Rəsulzadənin 1930-cu ildə Fransada çap olunmuş "Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda" kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.

Qeyd edək ki, "Çapar" tarix jurnalı 2018-ci ilin dekabrından çap olunur, təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.

17
Teqlər:
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə
Əlaqədar
Tohidi: “Rəsulzadə 31 mart qurbanlarını azadlıq yolunun şəhidləri adlandırmışdı”
Bir üzündə Rəsulzadə, o birində Atatürk: sənət əsərini həyətində yetişdirir - FOTO
Məhəmməd Əmin Rəsulzadə - 135 il
Yaqublu: “Rəsulzadə türk-müsəlman dünyasının tarixi şəxsiyyətidir”