Emin Ağalarovun oğlu

Emin Ağalarovun oğlu yeni klipini təqdim edib

88
(Yenilənib 16:59 31.08.2020)
Əli Ağalarov atasının izi ilə getməyə qərar verib: Onun ilk klipi qısa müddətdə ona Azərbaycanda və Rusiyada uğur gətirib.

BAKI, 31 avqust — Sputnik, Kəmalə Əliyeva. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarov "Yedu na kapote" (Kapotun üstündə gəzirəm) mahnısına çəkdirdiyi debüt klipi təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a gənc ifaçının mətbuat xidmətindən məlumat verilib. Gənc ifaçı A.LI səhnə təxəllüsü ilə çıxış edir.

Bu günlərdə gənc ifaçı özünün ilk kompozisiyasını təqdim edib. Kompozisiya qısa müddət ərzində ona təkcə Azərbaycanda deyil, Rusiyada da böyük uğur gətirib.

"Musiqidə maraqlı zövqüm var. Beş və ya altı yaşım olanda Maykl Ceksonu və Şakiranı dinləyirdim, indi isə hip-hop və repi çox sevirəm, məhz buna görə də özümü bu janrda sınamağa qərar verdim", - deyə Əli Ağalarov qeyd edib.

Əli tezliklə yeni bir mahnı ilə tamaşaçıların görüşünə gəlməyi və musiqi ilə fəal surətdə məşğul olmağı vəd edir.

Əli "Jara" festivalı çərçivəsində çəkilən "Festival gündəlikləri" layihəsinin aparıcısı olub.

88
Lada 2107 avtomobili, arxiv şəkli

Gəncəli "avtoşlar"ın ağlasığmaz hərəkətlərinin axırı yaxşı qurtarmadı

2
(Yenilənib 11:15 28.02.2021)
Şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

BAKI, 28 fevral - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb.

Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N. Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

2

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

4
İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilir və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb

BAKI, 28 fevral - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir. 

DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılır. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. “Şəxsi kabinet”də faktiki yaşayış məntəqəsi qeyd olunmadığı halda bakalavrlar daimi qeydiyyat ünvanlarına uyğun yerdə imtahan verirlər.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 3 saat davam edəcək. 

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb. 

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edilib. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilir və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 9‑dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. Onlardan 18139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10530-u cari ilin, 9355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2002-ci il, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.

Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri,1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 22-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. Sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. 

Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 27-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

4