COVİD-19-a qarşı peyvənd, arxiv şəkli

Azərbaycanlı alim COVID-19 üçün vaksin hazırladı

34
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcəkAzərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək

BAKI, 31 avqust — Sputnik. Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və o, insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Sputnik Azərbaycan AMEA-ya istinadən xəbər verir ki, Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.

Alim Science.az-a açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib. Qeyd edib ki, istehsal etdikləri peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirib: "İstehsal etdiyimiz vaksin namizədlərinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd namizədlərini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir".

T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

34
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma yenidən üçrəqəmliyə keçdi, daha iki nəfər öldü

0
(Yenilənib 17:35 23.09.2020)
İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.

0
Əlaqədar
Sevindirici xəbər: Azərbaycanda COVID-19-a yoluxanların sayı yenidən ikirəqəmliyə düşüb
Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub
Uzun müddətdən sonra yenidən ikirəqəmli yoluxma sayı qeydə alındı
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Ukrayna prezidenti Putinlə olan əlaqələrindən danışdı

4
(Yenilənib 16:52 23.09.2020)
Zelenski: "Rusiya Prezidenti ilə kommunikasiya məhduddur, lakin predmetlidir. Perfeksionist olaraq mən bizim dialoqumuzdan daha böyük effektivlik istəyərdim".

 

BAKI, 23 sentyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri məhduddur, lakin predmetlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Prezidenti Slovakiyanın "Hospodárske" nəşrinə müsahibəsində bildirib.

"Bizim Prezident Putinlə müxtəlif formatlarda ünsiyyətimiz var – bu həm Normand dördtərəfli formatı və ikitərəfli formatdır: ehtiyac olarsa isə biz birbaşa danışırıq. Bu nəyinki yalnız Ukrayna, həm də bütün Avropa üçün əhəmiyyətli, vacib qərarlar tapmağa imkan verir. Rusiya Prezidenti ilə kommunikasiya məhduddur, lakin predmetlidir. Perfeksionist olaraq mən bizim dialoqumuzdan daha böyük effektivlik istəyərdim", - deyə Zelenski qeyd edib.

4
Əlaqədar
Zelenski Putinə zəng edib