CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Uğursuz oğru" oğurladığı avtomobili evakuatorla geri göndərdi

© Sputnik / Anar MustafayevЭвакуатор
Эвакуатор - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməyib

BAKI, 31 avqust — Sputnik. İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus "VAZ 2106" markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.

"Report" xəbər verir ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Əziz Şıxıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməyib və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0