Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Daha bir ölkədə Mübariz Mənsimovun aktivləri donduruldu

3975
(Yenilənib 17:27 30.08.2020)
Məhkəmə bu qərarı Rusiyanın "Sberbank"ının iddiası əsasında verib. Həmin qərarla həmçinin M. Mənsimovun 261 milyon dollarlıq aktivləri dondurulub

BAKI, 30 avqust — Sputnik. London Məhkəməsinin qərarı ilə Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun 20 il ərzində Maltada qorunan aktivləri dondurulur.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, söhbət onlarla şirkət və gəmidən gedir. Həmin şirkətlərdən bəzilərinin adları da məlum olub. Bunlar: Palmali İnternational Holding Company, Palmali İnternational Holding Two, Palmali Logistics, Palocean Shipping, Paloffshore Oil Services, Palriver Shipping, Palsea Shipping, Tampal Trade, Pal Food, Palchem Holding, Palmali Dry Cargo, Palmali Voyager, Caspian Holding, Pal Air, Pal Gas Holdling, Barge Oil Services, GMM Shipping & Trading və GMM Holding şirkətləridir.

Ümumilikdə isə London Məhkəməsi may ayında M. Mənsimovun dünyadakı aktivlərini dondurub. Mübariz Mənsimovun onları satmaq istəməsi məhkəməyə hörmətsizlik kimi qəbul olunacaq.

Qeyd edək ki, məhkəmə bu qərarı Rusiyanın "Sberbank"ının iddiası əsasında verib. Həmin qərarla həmçinin M. Mənsimovun 261 milyon dollarlıq aktivləri dondurulub.

3975
Əlaqədar
Mübariz Mənsimova daha bir zərbə
İstanbul məhkəməsi qərar verdi – Mübariz Mənsimov həbs edildi
Mübariz Mənsimov Türkiyədə həbs olundu - KİV

Qubadlı quş uçuşundan - FOTO

16
(Yenilənib 11:53 26.10.2020)
Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanıb və rayonun ərazisindəki digər tarixi abidələrə ziyan verilib

BAKI, 26 oktyabr — Sputnik. Azərkosmos Qubadlının işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, diqqətə çatdırılır ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

16
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qubadlı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir

Prezidentin köməkçisi Ermənistanın müdafiə nazirini ifşa etdi

28
(Yenilənib 11:22 26.10.2020)
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:

"Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.

Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq".

28
Teqlər:
Hikmət Hacıyev, ifşa, yalan, Ermənistan Müdafiə Nazirliyi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub
Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub
Tural Gəncəliyev erməni icmasına müraciət etdi