Pivə, arxiv şəkli

Bakıda karantin qaydalarını pozan "pub" aşkar edilib

16
(Yenilənib 23:00 29.08.2020)
Məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub.

BAKI, 29 avqust — Sputnik. Paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında "Bosman Pub" adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub. Həmçinin baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi eləcə də tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri məlum olub. Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq polis idarəsinə gətiriliblər. Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətinə cəlb olunublar.

16
Marixuana nümunələri, arxiv şəkli

Yaşıl əkdi, qara barmaqlıq çıxdı: "aqronom"u başında yaxaladılar

0
(Yenilənib 11:32 24.09.2020)
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub

BAKI, 24 sentyabr — Sputnik. Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

0
Teqlər:
Qobustan, çətənə, narkotik
Əlaqədar
İran-Azərbaycan sərhədində atışma - Ölən var
İndiyədək yalnız "Saqqal Ramiz" var idi, indi "Çopur Ramiz" də oldu
Balakəndə "kriminal qiraət" beş ay çəkdi: "baron" arvadıyla hücuma keçibmiş
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Azərbaycanda narkotiklərlə mübarizə
Gürcüstanda epidemioloji vəziyyət

Gürcüstanda yeni rekord Yoluxanların sayı kəskin artdı

5
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1705-ə çatıb, 25 nəfər isə ölüb

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 259 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"a istinadən xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 4399-a çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1705-ə çatıb, 25 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,8 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Gürcüstan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Azərbaycanda koronavirusa yoluxma yenidən üçrəqəmliyə keçdi, daha iki nəfər öldü
Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?
Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək