Yahudi muzeyi, arxiv şəkli

Bu qərar Yaxın Şərqdəki vəziyyəti dəyişə bilər

13
(Yenilənib 15:56 29.08.2020)
BƏƏ İsraillə tam diplomatik münasibətlər quran üçüncü ərəb ölkəsidir. Bundan əvvəl Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsrail ilə sülh razılaşmasına nail olublar.

BAKI, 29 avqust — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin üzərindən boykotu götürdüyünü elan edib.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zaid Əl Nəhyanın 1972-ci il tarixli dekreti ləğv etməsindən sonra aradan qaldırılıb.

Bildirilir ki, tədbir "ikitərəfli münasibətlərin qurulması məqsədi ilə ikitərəfli əməkdaşlığı dəstəkləməyə" yönəlib.

Boykotun ləğvi ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər və fərdlər İsraildən olan həmkarları ilə işləyə biləcəklər.

Bir qədər əvvəl İsrail və BƏƏ ABŞ-ın vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə edib. Sövdələşmənin şərtlərinə görə, İsrail İordan çayının qərb sahilində öz suverenliyini yaymaq qərarını müvəqqəti olaraq təxirə salacaq. Sazişin rəsmi imzalanmasından əvvəl tərəflər danışıqlar aparmalı və səfirliklərin, həmçinin ticarət və turizm əlaqələrinin açılmasını müzakirə etməlidirlər.

BƏƏ İsraillə tam diplomatik münasibətlər quran üçüncü ərəb ölkəsidir. Bundan əvvəl Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsrail ilə sülh razılaşmasına nail olublar.

13
Семья, фото из архива

Ölkədə Ailə Məsləhət mərkəzləri yaradılacaq

0
(Yenilənib 19:16 27.11.2020)
Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq.

BAKI, 27 noyabr — Sputnik. 2022–2023-cü illərdə ailədaxili sosial və psixoloji işin təşkili üçün Ailə Məsləhət mərkəzlərinin yaradılmasına dair təkliflər hazırlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib. 

Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq. Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib. Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-2022-ci illərdə alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün  normativ hüquqi baza yaradılması ilə bağlı tapşırıq verilib.

0
Teqlər:
sosial, uşaq psixologiyası, psixoloji yardım, psixoloji problem, mərkəz, məsləhət, ailə
Kitab oxuyan tələbə, arxiv şəkli

Diplomların tanınmasında yenilik

4
(Yenilənib 18:50 27.11.2020)
Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək

BAKI, 27 noyabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq e-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

4
Teqlər:
sənəd, yenilik, Azərbaycan, tanınma, diplom