Kişi və uşaq silueti, arxiv şəkli

Övladlığa götürülən uşaqların sayı məlum oldu

13
(Yenilənib 14:50 29.08.2020)
Bu dövrdə 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır.

BAKI, 29 avqust — Sputnik. Bu ilin birinci yarımilində 6 uşaq övladlığa götürülüb, 1410 uşaqla bağlı monitorinq həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən övladlığagötürmə sahəsində yeni idarəetmə modeli yaradılmaqla, bu sahədə xidmətlərin elektronlaşdırılması təmin edilib.

Cari ilin mart ayında "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" altsistemi təqdim edilib, altsistemin müraciət interfeysi istifadəyə verilib.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydası" təsdiq edilib.

Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib.

Yanvar-iyun aylarında qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib.

Bu dövrdə 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır.

Ötən dövrdə övladlığa götürülmüş 1410 uşaqla bağlı monitorinq, o cümlədən 1331 uşaqla bağlı distant (1057-si telefon, 274-ü videozəng vasitəsilə) monitorinq həyata keçirilib, onların övladlığa götürüldüyü ailələrdəki vəziyyəti, inkişaf səviyyəsi öyrənilib.

13
Günəş, arxiv şəkli

Sabah komfort temperatur şəraiti gözlənilir

0
(Yenilənib 18:36 23.09.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

AKI, 23 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Sentyabrın 24-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

0
Əlaqədar
Hava ilə bağlı xəbərdarlıq: güclü külək əsəcək, dolu düşəcək
Sentyabrdan heç gözləmədiyimiz hava olacaq
Sabaha hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı
Müəllimlər, arxiv şəkli

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub

0
(Yenilənib 18:32 23.09.2020)
Hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb

BAKI, 23 sentyabr — Sputnik. 18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

Vakant yer tutmuş namizədlər 25 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Bu tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

0
Əlaqədar
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır
Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahanlarına başlanacaq