Şimşək, arxiv şəkli

Bazar gününə gözlənilən hava şəraiti açıqlandı - Diqqətli olun

24
(Yenilənib 18:18 29.08.2020)
Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BAKI, 29 avqust — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, 30 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbərinə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

30 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

24
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

5
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

5
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam
Qərənfillər, arxiv şəkli

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib

9
(Yenilənib 13:54 26.11.2020)
Yaradıcılığına ötən əsrin 60-cı illərində başlayan teatr və kino aktyoru bir çox teatr tamaşalarında oynamaqla yanaşı, "Azərbaycan xanlıqları", "Əmək və qızılgül ", "Güllələnmə təxirə salınır!", "Qətl günü" kimi filmlərdə rol alıb

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti, aktyor İbrahim Əliyev (Əlizadə) dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 71 yaşında vəfat edib.

Yaradıcılığına ötən əsrin 60-cı illərində başlayan teatr və kino aktyoru bir çox teatr tamaşalarında oynamaqla yanaşı, "Azərbaycan xanlıqları", "Əmək və qızılgül ", "Güllələnmə təxirə salınır!", "Qətl günü" kimi filmlərdə rol alıb.

9
Teqlər:
vəfat, Azərbaycanın əməkdar artisti