Bakıda AVM, arxiv şəkli

Böyük ticarət mərkəzləri açılmayacaq, amma...

29
Məktəbli geyimləri və aksessuarlarının satışı üçün xüsusi yarmarkaların keçirilməsi nəzərdə tutulur.

BAKI, 29 avqust — Sputnik. "Böyük ticarət müəssisələrinin açılması hələlik mümkün olmayacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.

O bildirib ki, məktəbli geyimləri və aksessuarlarının satışı üçün xüsusi yarmarkaların keçirilməsi nəzərdə tutulur.

29
Глава Минобороны Турции Хулуси Акар

Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"

24
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar: Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.

BAKI, 28 sentyabr — Sputnik. "Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

H. Akar deyib ki, Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.

24
Глава пресс-службы Минобороны АР полковник Вагиф Даргяхлы

MN: "Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiqi əmrini verib"

52
(Yenilənib 14:43 28.09.2020)
Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. "Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib".

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır: "Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".

52