Bred Pitt, arxiv şəkli

Hollivud ulduzu keçmiş sevgilisinin bənzəri ilə eşq yaşayır

161
(Yenilənib 21:33 28.08.2020)
Jurnalistlər qadını Bred Pittin keçmiş həyat yoldaşı Ancelina Colinin bənzəri adlandırırlar. Colidən ayrılan Hollivud ulduzu uzun müddət tək yaşayıb.

BAKI, 28 avqust — Sputnik. Hollivud ulduzu Ancolina Colidən ayrılan 56 yaşlı Bred Pittin 27 yaşlı sevgilisi olduğu ortaya çıxıb. Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, bu, Almaniyadan olan model Nikol Poturalskidir.

Məlumatda qeyd edilir ki, model Pittlə Fransanın cənubuna səyahətə yollanıb.

10 il modelliklə məşğul olan Poturalskinin 1 övladı var. Məşhur model 5 dildə danışır, o, köpək balıqlarını xilasetmə təşkilatının qurucusudur.

Jurnalistlər qadını Bred Pittin keçmiş həyat yoldaşı Ancelina Colinin bənzəri adlandırırlar. Qeyd edək ki, Colidən ayrılan Hollivud ulduzu uzun müddət tək yaşayıb.

161
Komendant saatı, arxiv şəkli

Komendant saatını pozan şəxslər cərimə ya həbs edilə bilərlər

27
(Yenilənib 19:39 29.09.2020)
Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, komendant saatı tətbiq edilir. Ötən gün sosial şəbəkələrdə komendant saatını pozan şəxslərin cəbhə bölgələrinə aparılması barədə məlumatlar yer almışdı.

Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, komendant saatını pozan şəxslər cəbhə bölgəsinə deyil, polis bölmələrinə aparılır və ya cərimə edilirlər: "Bəzi vətəndaşlar bunu normal qəbul edə bilmirlər. 1992-1993-cü illərdə olduğu kimi "oblava" kimi qiymətləndirirlər. Bu, səhv fikirdir. Bilirsiniz ki, qismən hərbi səfərbərlik elan edilib. Və cəbhə bölgələrinə ancaq hərbi vəzifəli şəxslər çağırılır. Komendant saatını pozan şəxslər qanunvericiliyə uyğun olaraq, müvafiq şəkildə cərimə edilirlər".

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə dünəndən hərbi rejimlə bağlı komendant saatı tətbiq edilib. Komendant saatını pozan şəxslərə xəbərdarlıq edilir, onlar cərimə edilə və ya həbs edilə bilərlər:

"İlk gün olduğu üçün vətəndaşlara komendat saatında, yəni saat 21.00-dan sonra küçədə, ictimai yerlərdə olduqlarına görə xəbərdarlıq edilə bilər və ya onlar 50 manat məbləğində cərimə edilə bilərlər. Əgər vətəndaş nəqliyyat vasitəsilə komendant saatını pozursa, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

F.Həmidli qeyd edib ki, komendant saatında yığıncaq, mitinq, küçə yürüşü və s. kütləvi şəkildə toplaşmaq qadağandır və iştirakçı şəxslər olan fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər.

"Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, vətəndaşların icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törətməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilirlər.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub.

Bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və "icaze.e-gov.az" portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

27
Teqlər:
həbs, cərimə, saat, komendant, hərbi vəziyyət
Əlaqədar
Azərbaycan Prezidenti hərbi vəziyyətlə bağlı Fərman imzaladı
TƏCİLİ: Azərbaycanda hərbi vəziyyət tətbiq olunur
Bakıda ictimai nəqliyyatın hərəkəti hərbi vəziyyətə uyğunlaşdırılır
Azərbaycan bayrağı, arxiv şəkli

Əməkdar artist cəbhəyə yola düşüb

100
(Yenilənib 19:35 29.09.2020)
Qeyd edək ki, Əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Əməkdar artisti, Heydər Əliyev Fondunun keçirdiyi Birinci muğam televiziya müsabiqəsinə qatılaraq 2-ci yerə layiq görülmüş tanınmış xanəndə İlkin Əhmədov cəbhəyə yola düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, xanəndə hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir. Əməkdar artist ruh yüksəkliyi ilə cəbhəyə yola düşdüyünü qeyd edib:

"Bu torpaqlar bizimdir. Bizim savaşımız haqlı savaşdır. Torpaqlarımızın bütövlüyü uğrunda hər şeyə hazırıq".

Qeyd edək ki, Əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.

100
Teqlər:
əməkdar artist, erməni təxribatı, Azərbaycan ordusu, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Flora Kərimovadan təsirli çıxış - "Axır ki, tanrının yadına düşdük"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət ünvanlayıb