Elnarə Abdullayeva, arxiv şəkli

Əməkdar artist karantin qaydalarını pozduğuna görə saxlanılıb

42
Abdullayevaya postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni buna etiraz etməyə başlayıb.

BAKI, 27 avqust — Sputnik. Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.

42
İran Prezidenti Həsən Ruhani

İran Ermənistandan üz döndərir? Ruhaninin məktubu Yerevanı-bir-birinə vurub

0
(Yenilənib 11:34 25.09.2020)
İran diplomatiyası çox tez-tez öz mövqeyini və yanaşmasını birbaşa yox, dolayı yolla – məsələn məktublar vasitəsilə edir.

BAKI, 25 sentyabr — Sputnik. "İran diplomatiyası heç vaxt heç nəyi təsadüfən və elə belə etmir. Ona görə də ölkəmiz, İran Prezidenti Həsən Ruhani tərəfindən Baş Nazir Nikol Paşinyana Ermənistanın müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubundan nəticələr çıxarmalıdır".

Sputnik Ermənistan xəbər verir ki, bunu şərqşünas, Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan bildirib.

Qeyd edək ki, Ruhani Paşinyana göndərdiyi təbrik teleqramında ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib. Maraqlı fakt budur ki, İran tərəfinin təbrik mesajı Ermənistanın müstəqillik günü yox, ondan düz 3 gün sonra Yerevana çatıb.

Sputnik Ermənistan məlumatı dəqiqləşdirmək üçün Paşinyanın mətbuat xidməti ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, doğurdan da İran tərəfinin məktubu sentyabrın 24-ü gəlib, lakin bunda heç bir mətnaltı məna axtarmaq lazım deyil.

Lakin erməni şərqşünas Voskanyan bu fikirdə deyil. Sputnik Ermənistan-a açıqlamasında o qeyd edib ki, İran diplomatiyası çox tez-tez öz mövqeyini və yanaşmasını birbaşa yox, dolayı yolla – məsələn məktublar vasitəsilə edir.

Voskanyan deyib:

"Bu diplomatiyaya, xüsusi ilə İran diplomatiyasına xas xüsusiyyətdir. Bu iki ölkənin münasibətlərində ortaya çıxan mümkün problemlər və maneələrin göstəricisidir".

Ekspert bunu Ermənistanın İsraillə əlaqələri dərinləşdirmək cəhdləri, xüsusi ilə Təl-Əvivdə bu ölkənin səfirliyinin açması ilə bağlı olduğunu qeyd edib. Voskanyan bunun İran tərəfinin narahatlığı ilə də izah oluna biləcəyini deyib.

Vardan Voskanyan qeyd edib ki, dostluq əlaqələri həm Tehran, həm də Yerevan üçün önəmlidir.

0
Ankara şəhərinə mənzərə, arxiv şəkli

Çamadanları toplayın, Ankaraya yol göründü

1
(Yenilənib 11:19 25.09.2020)
Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşların çərşənbə və cümə olmaqla həftədə 2 dəfə həyata keçirilməsi planlanlaşdırılıb və onlar AnadoluJet markası ilə həyata keçiriləcək.

Türk Hava Yollarından Sputnik Azərbaycan-a bildirilib ki, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq: "Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik".

Məlumatda qeyd olunur ki, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

1