Məktəbdə dərs prosesi, arxiv şəkli

Bu siniflər üçün dərslər sentyabrın 15-dən başlayacaq

653
(Yenilənib 18:04 27.08.2020)
"Epidemioloji vəziyyətə görə, 15 oktyabr tarixindən 10 və 11-ci siniflərin məktəbə qaytarılması planlaşdırılır".

BAKI, 27 avqust — Sputnik. “5, 9, 10, 11-ci siniflərdə oxuyanların dərs vaxtı 15 sentyabr tarixindən onlayn qaydada başlayır. Oktyabrın 1-dən isə 5-9-cu siniflərin məktəbə mərhələlərlə əyani şəkildə gəlməsini planlaşdırırıq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib. 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarmaq planlaşdırılır. 1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyətə görə, 15 oktyabr tarixindən 10 və 11-ci siniflərin məktəbə qaytarılması planlaşdırırılır".

653
Bıçaq, arxiv şəkli

Nənə bibisini öldürən şəxs saxlanılıb

9
(Yenilənib 10:43 25.09.2020)
Suraxanıda nənə və bibisini öldürən şəxs saxlanılıb, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 25 sentyabr — Sputnik. Ötən gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

9
Əlaqədar
Bakıda dəhşətli qətl: Övladlığa götürülmüş şəxs nənəsini və bibisini öldürüb
Neft konteynerləri, arxiv şəkli

"Qara qızıl"dan şad xəbər

8
(Yenilənib 10:29 25.09.2020)
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

BAKI, 25 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 40,38 dollara çatıb.

8
Teqlər:
Nyu-Yorkun NYMEX əmtəə birjası, Nyu-Yorkun NYMEX birjası, neft, "Brent" markalı neft, Brent, Londonun ICE birjası, London