Uşaq bağçası, arxiv şəkli

Valideynlərin intizarına son qoyuldu - Nazir yekun sözü dedi

545
(Yenilənib 17:23 27.08.2020)
Nazir: "Biz nəzərə almışıq ki, bağçaların fəaliyyətinə sentyabr ayından başlayaraq icazə verilsin".

BAKI, 27 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ  Qərərgah yeni tədris ilinə həsr olunmuş brifinq keçirib. Brifinqdə Təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, Təhsil İnstitutu yeni tədris ili ilə bağlı təkliflər verib:

"Bu məsələ ilə bağlı təhsil ictimaiyyəti ilə birgə fikir mübadiləsi aparılıb. Avqust ayının 25-ə olan məlumata  görə, hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63 ölkədə məktəblər açılıb, 55 ölkədə açılma tarixi elan edilib, 39 ölkədə bununla bağlı qərar yoxdur".

Nazir bildirib ki, təhsil müəssisələrinin açılması yoluxmaya təsir edən faktor kimi nəzərə alınmalıdır: "Amma təhsil alanların öyrənmə prosesi vacib məsələdir. Biz bunu təmin etməliyik. Təhsil müəssisələrinin fəaiyyəti bərpa edilməlidir. Amma təbii ki, mövcud şərait nəzərə almaq şərtilə. Biz nəzərə almışıq ki, bağçaların fəaliyyətinə sentyabr ayının 15-dən başlayaraq icazə verilsin. İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilməsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.

545
İnternat məktəbi, arxiv şəkli

Azərbaycan internatlarında yaşayan balacalarla bağlı kədərli statistika

3
(Yenilənib 12:55 23.09.2020)
Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər

BAKI, 23 sentyabr — Sputnik. "Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib. O bildirib ki, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır: "3 yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Həmçinin dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var".

C.Şahverdiyev övladlığa uşaq götürmə ilə bağlı tələblərə də toxunub. O bildirib ki, hər valideyn himayəsindən məhrum olunmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır: "Bunun üçün təhlillər aparılır, valideyn razı olarsa, uşaq övladlığa verilir. Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər".

3
Əlaqədar
İnternat məktəblərinə qəbul qaydası dəyişib
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib
Təhsil Nazirliyi internat məktəbi ilə bağlı iradlara cavab verdi
İnternat məktəbinin itkin düşmüş şagirdi tapılıb
İnternat yetirməsi: "Bizi ac saxlayırdılar, dövlət geyim versə də, onu vermirdilər"
Faiq Bağırov, arxiv şəkli

Rüşvət almaqda günahlandırılan sabiq XİN rəsmisi ev dustaqlığına buraxıldı

4
(Yenilənib 12:50 23.09.2020)
XİN-in Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi.

BAKI, 23 sentyabr — Sputnik. Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "e-mehkeme.gov.az" saytı məlumat yayıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edilib.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

4