Sərnişinlər Heydər Əliyev hava limanında, arxiv şəkli

AZAL xaricdən gələn vətəndaşlarımıza müraciət etdi

25
(Yenilənib 23:51 27.08.2020)
Ölkəyə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr buraxılır.

BAKI, 27 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici ölkələrdən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir: "AZAL-ın yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər; Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr buraxılır".

25

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

4
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

4
Xudafərin körpüsü, arxiv şəkli

Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq

18
(Yenilənib 17:36 21.10.2020)
Məşhur abidə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

BAKI, 21 oktyabr — Sputnik. Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

Qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Cari il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

18
Əlaqədar
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Həm Azərbaycanın, həm də İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar