Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

21
(Yenilənib 19:25 27.08.2020)
Ölkədə reanimasiyada olan xəstələrin sayı 148, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 17-dir.

BAKI, 27 avqust — Sputnik. Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1956-dır. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 148, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 17-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.

21
PPX avtomobili, arxiv şəkli

Bərdədə koronavirus xəstəsi qayda pozub, məsuliyyətə cəlb edildi

4
(Yenilənib 15:34 05.12.2020)
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib

BAKI, 5 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Bərdə Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

4
Teqlər:
qayda, xəstə, COVID-19, Koronavirus, epidemiya
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Təqvim,  arxiv şəkli

Yeni ildə beş gün olmayacaq

11
(Yenilənib 15:37 05.12.2020)
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq

BAKI, 5 dekabr - Sputnik. 2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.

2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

11
Teqlər:
qeyri-iş günləri, bayram, Yeni il