Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda yeni doğulmuşun üzərində unikal əməliyyat

© pixabay / PublicDomainPicturesНоворожденный, фото из архива
Новорожденный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çəkisi 3,5 kq olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb.

BAKI, 27 avqust — Sputnik. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev və komandası tərəfindən çəkisi 3,5 kq olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb. Əməliyyatdan bir həftə sonra körpə evə yazılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prof.Dr.K.Musayevin özü məlumat verib: “Ürək cərrahiyyəsində məşğul olduğumuz problemlərdən biri də anadangəlmə ürək qüsurları ilə bağlıdır. Anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi metodlarla yerinə yetirilir. Yenidoğulmuş və çəkisi cəmi 3.5 kq olan Atilla balamız da bu günlərdə bizə mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib. Şikayətləri ciddi göyərmə, qaralma və təngnəfəslikdən idi. Apardığımız müayinələrin nəticəsində “Böyük Arteriyaların Transpozisiyası” adlanan mürəkkəb ürək qüsurunun olduğu təsdiqləndi. Yəni normal anatomiyanın tam tərsinə, ürəyin sağından çıxmalı olan böyük damar (ağciyər arteriyası) soldan, ürəyin solundan çıxmalı olan böyük damar (aorta) isə sağdan çıxırdı. Eyni zamanda tac damarlarında da nadir anomaliya mövcud idi. Bütün tac damarları bir mənbədən çıxırdı, elmi dildə buna tək koronar arteriya deyilir. Lazımi hazırlıq proseduralarından sonra körpəmizi təcili əməliyyata götürdük. Çünki körpənin oksigen saturasiyası 30-40%-ə qədər azalırdı. 5 saat çəkən uğurlu əməliyyatla körpənin ürəyindəki problem aradan qaldırıldı. Jaten əməliyyatı və ya arterial dəyişdirmə əməliyyatı adlandığımız cərrahi prosedur ilə həm böyük damarlar normal yerinə qaytarıldı, həm də tac arteriya normal yerinə reimplantasiya edildi. Əməliyyatdan sonrakı gedişatda problem yaşamadığımız xəstəni artıq evə yazdıq. Bu əməliyyatın uğurla həyata keçirilməsində ürək-damar cərrahları ilə yanaşı, uşaq kardioloqları, anesteziloq-reanimatoloqlar, neonatoloqlar birgə çalışırıq. Onların hamısına minnətdarlığımı bildiriəm. Onu da qeyd etmək istəyirəm ki, xəstəmiz icbari sığortanın göndərişi ilə bizə yönləndirilmişdi. Fürsətdən istifadə edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də bu cür ağır patologiyaların müalicəsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, düşünürəm ki, körpələrdə Jaten əməliyyatı kimi mürəkkəb əməliyyatların ölkəmizdə milli kadrlar tərəfindən icra olunması, səhiyyəmizin və ürək-damar cərrahiyyəsinin inkişafını göstərən ən yaxşı göstəricidir.”

© Photo : Courtesy of Kamran MusayevHəkim Kamran Musayev qucağında əməliyyat olunmuş körpəni tutur
 Azərbaycanda yeni doğulmuşun üzərində unikal əməliyyat - Sputnik Azərbaycan
Həkim Kamran Musayev qucağında əməliyyat olunmuş körpəni tutur

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sonrakı ömrünü sağlam davam etdirə bilməsi üçün erkən diaqnostikanın və müdaxilənin çox vacib olduğunu qeyd edən Prof. Dr. Kamran Musayev, bu zaman valideynlərin daha diqqətli olmasının əhəmiyyətinə diqqət çəkib.  “Bizə çox məlum olmayan səbəblərə görə, ana bətnində inkişafın düzgün getməməsi nəticəsində ürəyin quruluşunda anormallıq əmələ gəlir. Anadangəlmə ürək qüsurları əsasən iki qrupa bölünür: asiyanotik (ağ qüsurlar) və siyanotik (göy qüsurlar). Ölkəmizdə də ürək qüsuru ilə uşağı doğulan ailələr var və təəssüf ki, bəzən bu problemin həlli olmadığı fikirləşilir. Halbuki, dünyada və Azərbaycanda anadangəlmə ürək qüsurlarının demək olar ki, hamısı korrektiv əməliyyatlarla müalicə oluna bilir. Bu baxımdan valideynlər çox diqqətli olmalı, uşaqlarında ürək qüsuru olduğunu bilən kimi (göyərmə, tez yorulma, təngənəfəslik, tez-tez ağciyər infeksiyası keçirməsi, ümumi inkişafdan geri qalma və s.) həkimə müraciət etməli və uşaqlarını lazımi müayinələrdən keçirməlidirlər.” 

Qeyd edək ki, ürək-damar cərrahiyyəsinin bu günkü imkanları ilə cərrahi kömək göstərilə bilinməyən ürək qüsuru çox nadirdir. Xəstələr bu əməliyyatlardan sonra normal insan kimi həyatlarına davam edirlər.

https://audcc.org.az/wp-content/uploads/2020/08/IMG_7416-1.jpg

Xəbər lenti
0