Bakıya gətiriləcək yeni avtobus

Bakıya 115 ədəd yeni avtobus gətiriləcək

16
(Yenilənib 13:04 26.08.2020)
Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.

BAKI, 26 avqust — Sputnik. Dövlət başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobus gətiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Agentlikdən bildirdilər ki, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir.

Sıxılmış təbii qaz mühərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır. Avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək ki, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezidentin tapşırığı əsasında son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.

Avtobus parkının yenilənməsi ilə bağlı ötən müddətdə görülən tədbirlər pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını təmin edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-cu ildə alınan 300 ədəd avtobus sayəsində müntəzəm xətlərlə yanaşı, 12 sayda ekspres xətt təşkil olunub və müntəzəm xətlər üzrə avtobusların sayı artırılıb ki, bu da pandemiya zamanı mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından zəruri hesab olunur. Yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr, o cümlədən də Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi mümkün olub. Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.

16

Püşk atıldı, Qarabağın rəqibi müəyənləşdi

3
Azərbaycan təmsilçisi "Legiya" (Polşa) / "Drita" (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off oyunu oktyabrın 1-I baş tutacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan təmsilçisi "Legiya" (Polşa) / "Drita" (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off oyunu oktyabrın 1-də baş tutacaq. "Qarabağ" oyunu səfərdə keçirəcək.

Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi Norveçin "Mölde" klubuna məğlub olub. Qarabağ əsas və əlavə vaxtı heç-heçə bitən oyunda penalty seriyasında 5-6 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" klubu Çempionlar Liqasının daha əvvəl baş tutan mərhələlərində "Sileks" (Şimali Makedoniya) və "Şerif" (Moldova) klublarını mübarizədən kənarlaşdırıb.

3
Əlaqədar
"Qarabağ" adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə
Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı
"Qarabağ"ın Çempionlar Liqasındakı qalmaqallı görüşünün məkanı bəlli oldu
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı: bircə şərtimiz var
"Qarabağ" Avropa Liqasının pley-offuna düşdü
Tofiq Yaqublu, arxiv şəkli

Tofiq Yaqublu barədə məhkəmə qərar verdi

74
(Yenilənib 16:40 18.09.2020)
Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məlumata əsasən, məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

74