Azərbaycan Respublikası Baş Prokurorluğunun binası, arxiv şəkli

Vətəndaşların nəzərinə - Baş Prokurorluq suallarınızı "Instagram"da cavablandıracaq

6
Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

BAKI, 26 avqust — Sputnik. Baş Prokurorluğun sosial şəbəkədə növbəti sual-cavab sessiyasının vaxtı məlum olub.

Qurumun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, avqustun 21-də Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib: "İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək. Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr".

6

Bakı sakinləri taksidən necə istifadə edirlər

3
(Yenilənib 17:14 18.09.2020)
Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.
İnfoqrafika: Taksidən istifadə
© Sputnik / Elnur Salayev

Bakı sakinləri taksi xidmətlərindən aktiv istifadə edirlər. Ancaq bu bazarda bir sıra problemlər var ki, onların da Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni ictimai nəqliyyatın inkişafı konsepsiyası ilə həlli planlaşdırılır.

Müstəqil Media Analitika Mərkəzi paytaxtımızda 600-dən çox insanın iştirakı ilə sorğu keçirib. Bakı sakinlərinə taksi xidmətlərindən tez-tezmi istifadə etdikləri, necə sifariş verdikləri, ödənişi necə gerçəkləşdirdikləri və bu xidmətlərə həftədə nə qədər pul xərclədikləri barədə suallar verilib. Sorğu məlumatlarına görə, rəyi soruşulanların 60%-i gündəlik və ya həftədə bir neçə dəfə taksidən istifadə edir. Elə bu qədər insan da ödənişi nağd pulla edir. 

BNA tariflərin qeyri-müəyyənliyi, haqsız rəqabət, xidmət keyfiyyətinin yarıtmazlığı, taksi sürücüləri üçün rentabelliyin aşağı olması, bu sahədəki fiziki və hüquqi şəxslərin, çağrı mərkəzlərinin hüquqi statusunun qeyri-müəyyənliyi  kimi problemləri qabardıb. Ancaq sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64%-i taksiləri mobil tətbiqlərin köməyilə sifariş verib.

Bakılıların taksidən necə istifadə etdikləri barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

3
Teqlər:
Bakı Nəqliyyat Agentliyi, BNA, taksi, Bakı
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovla Komissarı arasında telefon danışığı olub

1
(Yenilənib 16:52 18.09.2020)
Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji təmin edilməsi üçün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli və layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər, habelə digər maraq doğuran məsələləri müzakirə ediblər.

1
Teqlər:
Avropa ittifaqı, Azərbaycan xarici işlər nazirliyi, Ceyhun Bayramov