Cütlük, arxiv şəkli

Türkiyənin 14 vilayətində toy, nişan digər mərasimlər qadağan olunub

44
(Yenilənib 11:48 26.08.2020)
Qadağalara görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq.

BAKI, 26 avqust — Sputnik. Türkiyənin 14 vilayətində bu gündən toy, nişan, xınayaxdı və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən paytaxt Ankara da daxil olmaqla Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Erzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van ve Yozqat valiliklərinə göndərilən sərəncamda bildirilib.

Sərəncamda, həmçinin, qeyd olunub ki, bu vilayətlərdə nikah mərasimlərinin 1 saat müddətinə başa çatması tələb olunur.

Qadağalara görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq.

Ümumilikdə isə ölkə boyu dövlət və ictimai qurumlarda yeməkxana və qablaşdırılmış su xidməti istisna olmaqla, hər növ yemək və içki xidməti müvəqqəti olaraq dayandırılacaq.

44
Məhkəmə zalı, arxiv şəkli

XİN-in həbsdə olan sabiq vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

0
XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb.

BAKI, 26 sentyabr - Sputnik. Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

Hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Həmçinin və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb.

0
Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstanda yeni antirekord yoluxma qeydə alındı

6
(Yenilənib 11:45 26.09.2020)
Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

BAKI, 26 sentyabr — Sputnik. Ötən gün ərzində Gürcüstanda 296 yeni koronavirus yoluxması qeydə alınıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu pandemiya başlayan gündən ən yüksək göstəricidir.

Bundan əvvəlki antirekord isə 265 yoluxma faktı idi. Xatırladaq ki, ölkədə bu günə qədər 4960 fakt qeydə alınıb. Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

Hazırda 5584 nəfər karantindədir. 41 Gürcüstan vətəndaşı müalicə üçün başqa ölkələrə gedib.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma halı fevarlın 26-sı qeydə alınıb.

6