Kalkulyator, pul əskinasları və kommunal xidmətlərə görə çeklər, arxiv şəkli

Bu şəxslər kommunal ödənişlərdən azad olundular

31
(Yenilənib 18:24 24.08.2020)
"Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə Müəssisə tərəfindən ödəniləcək.

BAKI, 24 avqust — Sputnik. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nə dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatıan görə, dəyişikliklə “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə Müəssisə tərəfindən ödəniləcək.

31
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

4
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

4
Teqlər:
Pentaqon, ABŞ
Здание Национальной Академии Наук Азербайджана в Баку

AMEA İnstitut direktoruna nöqsanları aradan qaldırmaq üçün şans verib

9
Rəyasət Heyətinin iclasında AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri açıqlanıb.

BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.

O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.  

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

9