CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teylor Sviftdən nümunəvi addım

© AFP 2023 / ANGELA WEISSТейлор Свифт, фото из архива
Тейлор Свифт, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı məşhur müğənni Teylor Svift koronavirus pandemiyası səbəbilə maddi çətinlik çəkən pərəstişkarlarına ümumilikdə 5 milyon dollar (8,5 milyon manat) məbləğində yardım edib.

BAKI, 24 avqust — Sputnik. Teylor Svift pərəstişkarlarına yardım edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, amerikalı məşhur müğənni Teylor Svift koronavirus pandemiyası səbəbilə maddi çətinlik çəkən pərəstişkarlarına ümumilikdə 5 milyon dollar (8,5 milyon manat) məbləğində yardım edib.

Svift növbəti dəfə "GoFoundMe" yardım səhifəsinə müraciət edən 18 yaşlı Viktoriya Mario adlı qızın təhsil xərclərini ödəyib. Bildirilir ki, 23 min funt sterlinq (50 min 600 manat) məbləğə ehtiyacı olan gənc qız eyni zamanda, müğənninin pərəstişkarı olub.

Teylor Svift Viktoriyaya yazdığı məktubda qızın müraciətinin təsadüfən qarşısına çıxdığını, onun hekayəsindən təsirləndiyini və qızın xəyallarını gerçəkləşdirməsinə köməklik göstərmək istədiyini qeyd edib: "Viktoriya internetdə təsadüfən sənin hekayənə rast gəldim və çox təsirləndim. Xəyallarını gerçəkləşdirmək üçün sənə yardım etmək istəyirəm. Sənə bol şans arzulayıram."

Qeyd edək ki, 30 yaşlı müğənni pop, rok janrlarında ifa etməklə yanaşı, bir çox filmlərə də çəkilib. "Valentine's Day" "The Lorax","The Giver", "Cats", "Miss Americana" filmlərində rol alıb. 14 yaşından sənət fəaliyyətinə başlayan müğənni həm də bəstəkarlıqla məşğuldur. Özünün bir çox mahnılarının bəstəkarıdır.

Xəbər lenti
0