Rəssam, arxiv şəkli

Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq

29
(Yenilənib 23:16 24.08.2020)
Azərbaycan rəssamlarının onlayn satış sərgisinin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.

BAKI, 24 avqust — Sputnik. Pandemiya dövründə bir çox sahələr öz fəaliyyətlərini virtual şəkildə davam etdirib. Tendensiyanı bu dəfə rəssamlar davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Sərgidə respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər. Öz əsərlərini dünyaya nümayiş etdirmək istəyən yaradıcı şəxslərdən bunlar tələb olunur: 2 əsərin fotosu, əsər və yaradıcı şəxsin özü haqında məlumatlar, əlaqə nömrəsi ilə birlikdə resmqalereya@gmail.com mail adresinə göndərməyi xahiş olunur. Son müraciət tarixi avqustun 30-udur.

Satış sərgisinə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.

Azərbaycan rəssamlarının onlayn satış sərgisinin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.

29
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

XİN: Ermənistan rəhbərliyin vicdanında Tovuzda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var

0
Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir

BAKI, 26 sentyabr - Sputnik. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ermənistan XİN-in Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına dair açıqlamasını şərh edən L.Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir: "İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.

Əgər Ermənistanın bundan öncəki prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.

Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.

Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaq".

0
Ay, arxiv şəkli

Ay səthindəki radiasiya ölçüldü

5
(Yenilənib 11:23 26.09.2020)
"Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

BAKI, 26 sentyabr — Sputnik. Çinli alimlər insanların Ay səthində məruz qala bləcəkləri radiasiya səviyyəsini ölçüb.

Sputnik Türkiyə xəbər verir ki, bu səviyyənin dünya səthində olan radiasiyadan 200 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Ay səthində insanlar hansı təhlükənin gözlədiyi hələ tam olaraq müəyyən edilməyib.

Qalaktik kosmik şüalara uzun müddət məruz qalmaq katarakt, xərçəng və mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırma zamanı 2019-cu ildə Ayda fəaliyyət göstərən Çin robot enmə qrupu və kəşf vasitəsi Change 4-dən alınan məlumatlar əsas alınaraq hesablamalar aparılıb.

Alimlər ayda gündəlik ionlaşdırıcı radiasiya səviyyəsinin 1369 mikrosievert olduğunu müəyyən edilib. Bu da beynəlxalq Kosmos Stansiyasındakı həddən 2,6 dəfə çoxdur.

Çin Elmlər Akademiyası Milli Kosmos Mərkəzinin alimləri qrupunda olan Almaniya Keel Universitetinin nümayəndəsi Robert Şimmer Şinqruber qeyd edib ki, Ayda ölçülən radiasiya səviyyəsi dünya səthində olan radiasiyadan dəfələrlə çoxdur: "Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

5