ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Yalnız pul itirmişik": Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər

18
(Yenilənib 03:43 25.08.2020)
"Bu, çox maraqlı bir sualdır, çünki indiyə qədər Çindən heç bir şey almamışıq, yalnız pul itirmişik", - Tramp deyib.

BAKI, 24 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkəsinin müəyyən məqamda Çinlə ümumiyyətlə biznes əlaqələrini dayandıra biləcəyini istisna etməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Məndən (ABŞ və Çin iqtisadiyyatlarını - red.) ayırmağa və Çinlə iş aparmamağa hazır olub-olmadığımı soruşursunuz. Bu, çox maraqlı bir sualdır, çünki indiyə qədər Çindən heç bir şey almamışıq, yalnız pul itirmişik", - Tramp telekanala deyib.

"Onlar bizimlə yanlış rəftar edirlər. Mən bu barədə düşünəcəyəm", - prezident əlavə edib.

18
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko gizli olaraq and içir

1
(Yenilənib 13:27 23.09.2020)
Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

BAKI, 23 sentyabr — Sputnik. Aleksandr Lukaşenko Belarus prezidentinin səlahiyyətlərinin icrasına başlayıb. Sputnik Belarus xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutur.

Qeyd olunur ki, mərasimdə yüzlərlə insan – məmurlar, parlamentarilər, KİV rəhbərləri, mədəniyyət və idman nümayəndələri, digər rəsmilər iştirak edir.

Belə ki, Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

1
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri

Artilleriya bölmələrimiz döyüş atışları üçün atəş mövqelərini tutublar

5
(Yenilənib 13:07 23.09.2020)
Milli Ordunun Raket və Artilleriya birləşmələrinin təlimləri keçirilib: Məqsəd artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılmasıdır.

BAKI, 23 sentyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

5
Əlaqədar
Müdafiə Nazirliyi: Genişmiqyaslı təlimlər Ermənistanı qorxuya salıb
İlham Əliyev: "Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur"
Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə taktiki təlimlər keçirir - VİDEO
Ordu tam şəkildə ayağa qaldırılır – İrimiqyaslı təlimlər keçiriləcək
Azərbaycan Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirəcək