Koronavirus testi, arxiv şəkli

Bakıda aviabieti olanlar aşağı qiymətə koronavirus testindən keçə biləcəklər

213
(Yenilənib 18:39 24.08.2020)
Qeyd edək ki, xarici ölkələrə aviabilet alan şəxslərin koronavirus testindən keçməsi mütləqdir. Buna görə vətəndaşlar yüksək məbləğ ödəməli olurdular.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Bakıda xarici ölkələrə getmək istəyənlər üçün dövlət tərəfindən koronavirus testinin aparılması üçün poliklinikalar ayrılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu poliklinikalarda test qiymətləri daha sərfəlidir. Belə ki, Bakıda 40 manata artıq üç yerdə test vermək olar. Bu testin cavabları uçuş üçün etibarlıdır. Bunlar :

- 1 nömrəli Şəhər Poliklinikası (Səbail ray, Bül-bül pr 8, əlaqə: 012 493 19 87);

- 10 nömrəli Şəhər Poliklinikası (Binəqədi ray, Azadlıq pr 176, əlaqə: 012 561 65 06);

- 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır (Nizami ray, Nəsimi küç 11, əlaqə: 050 840 71 87).

Test pulunu Azərbaycan Beynalxalq Bankının istənilən filialında ödəmək mümkündür. Bunun üçün aviabilet təqdim edilməlidir. Aviabileti olmayanlardan test götürülmür.

Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün 1 nömrəli Şəhər Poliklinikası ilə əlaqə saxlayıb. Poliklinikadan Sputnik Azərbaycan-a bildiriblər ki, onlara bu gün aviabileti olan şəxslərdən test götürməklə bağlı təlimat gəlib. Amma hələki pasiyent qəbul edilmir: "Bizə təlimat yeni gəlib. Biz bir saatdan sonra müraciət edənlərə nə vaxt test vermək üçün gəlməli olduqlarını deyə biləcəyik".

Poliklinikadan testin qiymətinin 40 manat olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, xarici ölkələrə aviabilet alan şəxslərin koronavirus testindən keçməsi mütləqdir. Buna görə vətəndaşlar yüksək məbləğ ödəməli olurdular. Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-150 manat arasında dəyişir. Məlumat üçün bildirək ki, yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır.

213
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Nyu-Yorkda divarda təsvir, arxiv şəkli

Koronavirusun daha bir ştammı aşkarlandı

10
(Yenilənib 23:39 20.01.2021)
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər

BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.

Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.

Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.

"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.

Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.

ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.

10
Teqlər:
mutasiya, ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası