Fatih türk gəmisi

Ərdoğan müjdəni açıqladı - İndi çox şey dəyişəcək

644
(Yenilənib 17:26 21.08.2020)
Qeyd edək ki, qaz yatağı 20 iyul 2020-ci il tarixində "Fatih" qazma gəmisi tərəfindən tapılıb. "Tuna 1" adlandıırlan yataqda kəşfiyyat işləri tamamlanıb.

BAKI, 21 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə qaz yatağı kəşf edildiyini açıqlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan qeyd edib ki, Türkiyə tarixin ən böyük kəşfini edib. Belə ki, Qara dənizdə 320 milyard kubmetr həcmində yataq aşkarlanıb. "Hədəfimiz 2023-cü ildə Qara dənizdəki qazı millətin istifadəsinə verməkdir" - deyə o bildirib.

Qeyd edək ki, qaz yatağı 20 iyul 2020-ci il tarixində "Fatih" qazma gəmisi tərəfindən tapılıb. "Tuna 1" adlandıırlan yataqda kəşfiyyat işləri tamamlanıb.

644
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

0
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

0
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

3
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj