Manat, arxiv şəkli

Birdəfəlik ödəmənin verilməsinə başlanılıb

11
Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülür. Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

BAKI, 21 avqust — Sputnik. Birdəfəlik ödəmələrin (190 manat) verilməsinə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosisal Müdafəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb:

"Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülür. Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsi əhatə edir".

11

Püşk atıldı, Qarabağın rəqibi müəyənləşdi

3
Azərbaycan təmsilçisi "Legiya" (Polşa) / "Drita" (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off oyunu oktyabrın 1-I baş tutacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan təmsilçisi "Legiya" (Polşa) / "Drita" (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off oyunu oktyabrın 1-də baş tutacaq. "Qarabağ" oyunu səfərdə keçirəcək.

Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi Norveçin "Mölde" klubuna məğlub olub. Qarabağ əsas və əlavə vaxtı heç-heçə bitən oyunda penalty seriyasında 5-6 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" klubu Çempionlar Liqasının daha əvvəl baş tutan mərhələlərində "Sileks" (Şimali Makedoniya) və "Şerif" (Moldova) klublarını mübarizədən kənarlaşdırıb.

3
Əlaqədar
"Qarabağ" adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə
Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı
"Qarabağ"ın Çempionlar Liqasındakı qalmaqallı görüşünün məkanı bəlli oldu
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı: bircə şərtimiz var
"Qarabağ" Avropa Liqasının pley-offuna düşdü
Tofiq Yaqublu, arxiv şəkli

Tofiq Yaqublu barədə məhkəmə qərar verdi

54
(Yenilənib 16:40 18.09.2020)
Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məlumata əsasən, məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

54