Lotu Quli, arxiv şəkli

Azərbaycanlı kriminal avtoritet belə dəfn edilir - VİDEO

616
(Yenilənib 15:22 21.08.2020)
"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Azərbaycanlı "qanuni oğru" "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov dəfn edilir. Onun cənazəsi ailəsinə təhvil verilib və o, Türkiyədə dəfn edilir. Bu barədə Sputnik Azərbaycan-a "Lotu Quli"nin yaxınları məlumat verib.

Qeyd edək ki, Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xəqan Zeynalov ("Xan Əhmədlinski") adlı şəxs tərəfindən öldürülüb.

Məlumat üçün qeyd edək ki, "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. O, 1995-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıtmışdı. Kriminal avtoritetin dəfnindən video görüntüləri təqdim edirik:

616

Rusiya Dumasının sədri Azərbaycana gələcək

0
(Yenilənib 18:05 23.09.2020)
Səfər çərçivəsində yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşma imzalanacaq.

BAKI, 23 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Bu barədə RF Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Cərşənbə günü Moskvada Azərbaycan parlamentinin nümayəndə heyətinin rusiyalı deputatlarla görüşü baş tutub. Tərəflər parlamentlərarası əməkdaşlığı, beynəlxalq parlamentlərarası qurumlarda qarşılıqlı fəaliyyəti və milli qanunvericiliklərin uyğunlaşdırılmasını müzakirə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Volodini Azərbaycana səfərə dəvət edib. Səfərin tarixi hələ məlum deyil.

"Mütləq həmkarlarımla gələcəyik. Həm də bizdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşmanın hazırlığı faktiki olaraq yekun mərhələdədir. Saziş imzalandıqdan sonra biz sadəcə xalqlarımız, ölkələrimiz arasında münasibətlərin inkişafını müzakirə etməyəcəyik, həm də bizim parlamentarilərimizi parlament müstəvisi çərçivəsində əsas problemlərin həllində birləşdirəcək komissiyanın gündəliyi çərçivəsində konkret məsələlərin həlli ilə məşğul ola biləcəyik", - Dövlət Dumasının spikeri deyib.

Volodinin Azərbaycana səfəri zamanı tərəflər RF Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırırlar. Sənədlə məşğul olmaq üçün daimi fəaliyyət göstərən yüksək səviyyəli komissiyanın təsis olunması nəzərdə tutulur.

Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Moskvada səfərdədir. Milli Məclisin sədri Sahibə Qafarova artıq RF Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və RF xarici işlər naziri Sergey Lavrovla görüşüb.

0
Əlaqədar
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
NATO-nun baş katibi Yens Stoltenberq

NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə Yunanıstan yaxşı irəliləyiş əldə edib"

5
Toplantıların hərbi texniki danışıqlar olduğunu vurğulayan Stoltenberq bunların anlaşmazlıqlarla bağlı Almaniyanın həyata keçirdiyi diplomatik səyləri tamamladığını qeyd edib.

 

BAKI, 23 sentyabr — Sputnik. Türkiyə və Yunanıstan arasında Aralıq dənizinin şərq hissəsində durumla bağlı texniki görüşmələrdə "yaxşı bir irəliləyiş" əldə olunub. Sputnik Türkiyə xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniya Baş naziri Pedro Sancezlə görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.

Stoltenberq xatırladıb ki, Türkiyə ilə Yunanıstan ayırma üsullarının yaradılması, havada və dənizdə istənilməyən hadisələrin və qəzaların qarşısının alınması üçün bu günə qədər bir neçə toplantı keçirib: "Bu toplantılar davam edir. Yaxşı bir irəliləyiş əldə olunub".

Toplantıların hərbi texniki danışıqlar olduğunu vurğulayan Stoltenberq bunların anlaşmazlıqlarla bağlı Almaniyanın həyata keçirdiyi diplomatik səyləri tamamladığını qeyd edib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

5
Əlaqədar
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Politoloq: "Türkiyə-Yunanıstan münaqişəsi qərbin maraqlarına uyğun deyil"
Səmada Türkiyə və Yunanıstan təyyarələri arasında insident - VİDEO
Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi